Dostluq Barədə

0
3865
Dostluq Barədə

Dostluq – hər bir normal insanın həyatında önəmli yer tutur. Amma dostluqlar fərqli və çoxtərəfli olur. “BBC News” dostluq haqqında maraqlı seçmə faktlar yayımlayıb. Onları sizə təqdim edirik.

Dostu çox olan adam daha müvəffəqiyyətli olur. Araşdırmalara görə, dostluq ürək xəstliklərinin, stressin bir qədər qarşısını almağa qadirdir.
 
Kişilər daha dostsevər olurlar, nəinki qadınlar. Onlar qadınlardan daha gec-gec dost dəyişirlər.
 
Nepalda və Hindistanda kişilərin bir-birinin əlindən tutması, birlikdə şəhər gəzintisi normal hesab olunur. Bu homoseksualizm kimi yox, dostsevərlik kimi qəbul edilir.  
 
Kişilər qadınla dostluğa daha az inanırlar, nəinki qadınlar kişilərlə dostluğa.
 
30 iyul – Beynəlxalq Dostluq Günüdür. Bu gün 2011-ci ildən qeyd edilir.
 
Danılmaz fakt – qadınların dostluğunun bitməsinə yeganə səbəb – kişi və gözəllikdir.
 
Dünyanın ən dostcanlı xalqı avstraliyalılar hesab edilir. Dünyanın ən dostsevər şəhəri Sidneydir. 
 
Dünyanın 76% əhalisi virtual dostluğa yox, real dostluğa üstünlük verir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN