Dünya ölkələrindəki qəribə QADAĞALAR

0
3161
Dünya ölkələrindəki qəribə QADAĞALAR

Dünya ölkələrinin bir-birindən maraqlı qayda-qanunları, adət-ənənələri olduğu kimi, qəribə qadağaları da mövcuddur. Bu qadağaların mövcud olduğu ölkələrin adlarını və qadağalardan bəzilərini təqdim edirik.


İngiltərədə qadınların ictimai nəqliyyat vasitələrində şokolad yemələrinə icazə verilmir.

Avstraliyada azyaşlıların siqaret alması qadağan, çəkməsi isə sərbəstdir.

Yunanıstanda uşaqların "PC computer" oyunları oynaması qadağandır.

ABŞ-ın Florida ştatının Pensakoloda şəhərində yerli sakinin cibində on dollardan az pulu varsa,  şəhərə çıxa bilməz.

İndiana ştatında isə insanların kiminsə dalınca danışmasına icazə verilmir.

Böyük Britaniya qanunvericiliyinə görə, deputatın parlament binasında ölməyi qadağandır.

İsveçrədə bazar günü camaşır asmaq olmaz.

Sinqapurda metroda saqqız çeynəmək olmaz, buna əməl etməyən şəxs həbs olunur.

Avstraliyanın Viktoriya ştatında bazar günləri çəhrayı rəngli şalvar geyinmək qadağandır.

Şotlandiyada inək saxlayan və otaran şəxslərin sərxoş olmaları qanunla qadağan edilib. 

ŞƏRH YAZIN