Ən Çox Yayılmış Soyadlar

0
3233
Ən Çox Yayılmış Soyadlar

1. Li ― dünyada 100 milyondan çox insan bu soyadı daşıyır. Bu soyad daha çox çinlilərə, vyetnamlılara, yaponlara məxsus olsa da, demək olar ki, bütün ölkələrdə Li soyadlı insana rast gəlmək mümkündür.

2. Çjan ― 100 milyona yaxın insan. 1990-cı ildə ən çox yayılmış soyad olduğu üçün Ginnesin rekordlar kitabına düşmüşdür. Çjan soyadına ilk dəfə 4000 il əvvəl qədim çin tarixində rast gəlinmişdir. 

3. Van ― 93 milyona yaxın insan. Soyad daha çox Çin və Koreyada yayılıb. Van soyadı Hollandiyada da geniş yayılmışdır. 

4. Nquen ― 36 milyon insan. Koreyanın 40% əhalisi bu soyaddadır. Nquen soyadı dünyada Vyetnam Müharibəsi ərəfələrində yayılmağa başladı. Soyad tanınmasına görə Avstraliyada 7-ci, Fransada 54-cü, ABŞ-da 57-ci yerdədir.

5. Qarsia ― təxmini 10 milyon insan. Soyad Cənubi Amerikada, Filippin və İspaniyada çox yayılmışdır. İspaniya əhalisinin 3,32%-i bu soyadın daşıyıcısıdır. Meksikada isə 4100000 insan bu soyaddadır. Qarsia soyadı Kubanın ikinci ən məşhur soyadıdır. 
 
6. Qonzales ― 10 milyona yaxın insan. Bu soyad səsləndikdə İspaniya yada düşür. İspanların 2,08%-i bu soyadı daşıyırlar. Soyad hətta Latın Amerikasında, Argentinada, Çilidə də çoxluq təşkil edir. 
 
7. Ernandes ― texmini 8 milyon insan bu soyaddadır. Soyadın tarixi XV əsrə söykənir. Daha çox İspaniya, Portuqaliya, Meksika, ABŞ və.s. ölkələrdə yayılmışdır. 
 
8. Smit ― 4 milyona yaxın insan. Smit soyadı Kanadada məşhurluğuna görə 2-ci, İrlandiyada isə 5-ci yerdədir. Soyadı daşıyanlar arasında dünya şöhrətlilər də var.
 
9. Smirnov ― 2,5 milyona yaxın insan. Soyadın vətəni Rusiya və Belarusiyadır. Soyad sülh, barışıq mənalarını bildirir.
 
10. Müller ― 1 milyondan çox insan. Soyadın çoxluğu Almaniyadadır. Müller soyadı Avstriyada və İsveçrədə də geniş yayılmışdır. 
 

 
Korrektor: Əliyeva Aynur

 

ŞƏRH YAZIN