Dünyanın daha bir sadiq canlısı - ATLAR!

0
2905
Dünyanın daha bir sadiq canlısı - ATLAR!

 Atların da ən az itlər qədər sadiq olduğu deyilir. Məsələn heç bir evcil at sahibini heç bir zaman tərk etməz. Atlar barədə bilmədiyiniz daha nələr var, bilməlisiniz.


25-dən çox növü olan bu sadiq dostlarımız heç yorulmadan bizi kilometrlərcə uzağa daşıyar. Atlar, tarix boyunca insana ən çox köməkçi olmuş heyvanlardır .

Yaxşı, atların yaşının kəsici dişlərinin aşınıb köhnəlməsinə görə aydın olduğunu bilirdinizmi? Atların yediyi ot, qumlu və tozlu olduğu üçün dişləri zamanla aşınar. Atların dişləri çənə sümüyünün çox dərinlərinə qədər basdırılan uzun lentlər halındadır Yəni dişlərin kök qisimi insanlara görə çox daha dərinlərdədir Diş aşındıqca sümüyün içindəki hissə çölə çıxar. Hətta yaşlı atlarda dişlərin kökü diş ətinin səthinə gəlir. Hər bir diş, yemək yemə qabiliyyətini itirmədən 2.5-5 sm aşına bilər. Biz də bu aşınmanın miqdarına görə atların yaşını təxmin edə bilərik. 

Atların tükləri bədən istiliklərinin nizamlanması üçün termostat, yəni istilik nizamlayıcısı funksiyası yerinə yetirir. Bədənləri hər vaxt 38 dərəcə istilikdə olmalıdır. Bu istiliyin qorunması üçün soyuq qış günlərində atın tükləri uzanar, isti mövsümlərdə isə tökülər və bədən istiliyinin sabit qalmasını təmin edir.

Budur, sizə maraqlı bir xüsusiyyət daha: Atlar ayaq üstə yatırlar! Yaxşı necə olar da yatarkən yerə heç düşməzlər bilirsinizmi? Çünki qıç sümüklərinin kilidlənə bilmə xüsusiyyəti vardır. 

Atların qıçları tək ağır yükləri daşıya bilmələri üçün deyil, eyni zamanda da sürətli qaça bilmələri üçün xüsusi yaradılmışdır. Atlarda, digər heyvanlarda olduğu kimi körpücük sümüyü yoxdur Bu da onların daha böyük addım ata bilmələrini təmin edər. Ayrıca atların qıçlarında sürətləndikcə xərclədikləri qüvvəti salan buna qarşı hərəkət edə bilmə qabiliyyətlərini artıran bir sümük- əzələ mexanizmi vardır. Bu mexanizmin işini avtomobillərdəki çarx sisteminə bənzədə bilərik. Sürətlənən bir avtomobilin çarxını böyütməsi kimi atlar da sürətləndikcə sanki çarx böyüdərlər Bu sayədə itələmə üçün xərclənən güc azaldılarkən, hərəkət qabiliyyəti artar .

Yaxşı atların bədənləri necə çox ağır yükləri daşımaları və çox sürətli qaça bilmələri üçün dizayn edilmişdir? Normalda ağır yük daşıma və sürətli qaçma qabiliyyətinə sahib olmaq, atın çox çox işinə yarayacaq xüsusiyyətlər deyil. Elə isə atlar bu xüsusiyyətlərə nə üçün sahibdirlər? Cavab çox sadədir Atlara bu qabiliyyətlər özləri üçün deyil, insanlara faydalı ola bilmələri üçün verilmişdir.

ŞƏRH YAZIN