Ən çox satılan kitabların sirri nədir?

0
2325
Ən çox satılan kitabların sirri nədir?

Elm adamları çox satılan kitabların sirrini öyrənmək üçün araşdırma aparıblar. Nəticədə məlum olub ki, dəbdən düşmüş mövzulardan və çoxsaylı feldən istifadə etmək kitablara marağı azaldır.  

Nyu-Yorkdakı Stoni Bruk Universitetinin kompüter mütəxəssisləri məşhur bir kitabın xüsusiyyətlərini öyrənmək məqsədilə “Statistik stilometri” adını verdikləri bir alqoritm icad ediblər.  İnternet kitabxanası kimi tanınan "Proyekt Qutenberq" arxivində elm adamları klassik əsərləri yükləyərək araşdırma aparıblar. Məlum olub ki, həmin kitabların özəlliyi orijinallığı, yazı tərzi və az da olsa şansdan irəli gəlir. Araşdırmacılar bildiriblər ki, çox satılan kitablarda “və”, “ancaq”, “fəqət” kimi bağlayıcılardan tez-tez istifadə olunur. Həmin əsərlərin isim və sifətlərlə zəngin olduğu da vurğulanıb.

Az oxunan, rəflərdə qalan kitablardasa çoxlu sayda fel və zərfdən istifadə edildiyi ortaya çıxıb.

ŞƏRH YAZIN