Erix Fromm qələmindən çıxan sözlər ...

0
3262
Erix Fromm qələmindən çıxan sözlər ...

 * Sevgi bir faktorluqdur; passiv bir hadisə deyil; bir şeyin içində olmaqdır, bir şeyə qapılmaq deyil. sevginin faktor xüsusiyyəti, ən ümumi şəkildə belə təyin oluna bilər; sevgi verməkdir, almaq deyil.


*Cinsi sevgi iki şəxsiyyət təkliyidir.

*Qardaş sevgisi bütün insanları sevməkdir. Və tək adama aid olmaması ən böyük xüsusiyyətidir.

*Çarəsiz birini sevmək, yoxsul və xarici birini sevmək, qardaş sevgisinin ilk addımıdır.

*Bir məqsədə istiqamətli olmayan sevgidə ancaq, gerçək sevgi açılıb inkişaf edər.

*Dərin və ehtiraslı sev… Ürəyin qırıla bilər amma həyatı mənalı yaşamanın tək yoludur.

*Ana sevgisi şərtsizdir, qoruyucudur, isti bir sığınacaqdır. Şərtsiz olduğu üçün əldə edilə bilməz.

*Eşq 'Səni Sevirəm çünki sənə ehtiyacım var' deyə başlayar, 'Sənə ehtiyacım var ...çünki səni sevirəm' deyə yetkinləşər.

*Əgər sevgi bir çiçəksə, hörmət onu qoruyan saxsıdır. .Çiçək solmağa başlamışsa diqqət yetirin saxsı mütləq çatlamışdır.

* Hər insan xoşbəxt ola bilməz... Çünki; çox darıxar dünəni, Layiq olduğundan çox düşünər sabahı. Və heç layiq olmadığı qədər şüursuzca yaşayar bu günü.

*Əhəmiyyətli bir problemdə, səlahiyyətinizi aşdığı halda sizə məsləhət edilirsə, qəhrəmanlıq etməyin. Çünki mütləq hadisədə günahkar axtarılır.

*Ancaq özündən bir şeylər verə bilən adam varlıdır.

*Məntiqli düşüncə anlayışından bir qaydanın yaradılmasına doğru atılan hər addımda inanca gərək vardır.

*Sevmək müəllimin tək yoludur.

*Təhsil, bir uşağa xüsusi qabiliyyətlərinin fərqinə çatması üçün kömək etməkdir.

*Vermək amaqdan çox daha sevinc vericidir. Bu, məni yoxsullaşdırır ama vermə hərəkətində canlılığının gücü yatdığı üçün bu, belədir.

*Həsəd, qısqanclıq, ehtiras, hər növ aclıq, bunların hamısı ehtirasdır. Sevmə isə məcbur etmə olmadan yalnız azad olunduğunda yaşana bilən, insani bir hərəkətdir.

*Sevmə sənətinin tətbiq oluna bilməsi, inancın da tətbiq olunmasını gətirər.

*Heç bir şey yaradıcılığı eşq qədər təşviq etməz, təbi ki eşqin gerçək olması şərtiylə.

*Sevgi, insanın probleminin cavabıdır.

*Maşına görə zaman insanın hökmdarı oldu.

*Acgözlük daxili bir boşluğun nəticəsidir.

*Yalan heç bir şeyi yerindən tərpətməz.

*Bütün insanlar bərabərdir, çünki onlar Torpaq Ananın uşaqlarıdır.

*Sevgi olmadan insanlıq bir gün üçün belə var ola bilməz.

*Gerçək heç bir zaman şiddət tərəfindən çürüdülə bilməz.

*Yaxşı və pis yalnız itaətsiz olma azadlığı içində vardır.

*Bütün ağır psixoloji xəstəliklərin təməlində narsizm yatar.

*Bura və indiki an sonsuzluqdur.

*Avtomatlar sevə bilməzlər. Onlar yalnız "şəxsiyyət paketləri"ni bir-birləriylə dəyişdirərlər və ucuza bağlama arxasında qaçarlar.

*Avtomatlar bir-birlərini sevmədikləri kimi Tanrını da sevməzlər.

*Sevgidən imtina etmək qeyri-mümkün olduğuna görə sevgi mövzusundakı müvəffəqiyyətsizliklərin öhdəsindən gələ bilmənin bir tək uyğun yolu olaraq bu müvəffəqiyyətsizliklərin səbəblərini nəzərdən keçirib, sevginin mənasını araşdırmağı inkişaf etdirmək qalır.

*İnsan zəkayla mükafatlandırılmışdır. O, öz özünü bilən bir həyatdır; özünün digər insanların, keçmişinin və gələcəkdə onu gözləyən ehtimalların fərqindədir.

*İnanc insanın yaranmasının bir şərtidir.

*Sevmək özünü qarşılıqsız olaraq həsr etmək, sevgimizin sevilən adamda da sevgi meydana gətirəcəyi ümidini daşımaq deməkdir. Sevgi bir inanc hərəkətidir. İnancı az olanın sevgisi də azdır.

ŞƏRH YAZIN