Fransa Ilə Bağlı Bilmədikləriniz...

0
2683
Fransa Ilə Bağlı Bilmədikləriniz...

Fransızlar öz keçmişləri və mədəniyyətləri ilə fəxr edirlər.

Fransızlar fransız dilindən başqa dillərdə danışmağı sevmirlər.

Bu ölkədə radio və televiziyada ingilis dilində olan mahnılara, filmlərə və digər əcnəbi mədəniyyət nümunələrinə məhdudiyyətlər qoyulur.

2011-ci ilin iyunundan Fransada qanun qəbul edilərək, televiziya və radio vasitələri ilə Twitter və Facebook sosial şəbəkələrinin yada salınması qadağan olunmuşdur.

Fransızların əksəriyyəti yalnızca Peugeot, Renault və yaxud Citroen avtomobillərindən istifadə edirlər.

Burada bir iş həftəsi 35 saat təşkil edir.

Bazar ertəsi bütün mağazalar bağlıdır.

Luvr - dünyanın ən çox ziyarət edilən muzeyidir (2010-cu ildə 8,5 milyon insan).

Dövlət universitetlərində ali təhsil ödənişsizdir. Özəl universitetlərdə isə təhsil ödənişli və daha prestijlidir.

Fransada hər il 7-8 milyard şüşə şərab istehsal olunur. Bununla ölkənin dünya ixracında payı təxminən 18%-dir.

Paris şəhərində ən böyük daşqın 1910-cu ildə baş verib.

1898-ci ildə isə Parisdə ilk 6 yeraltı metro xətləri çəkilib.

Luvr 12-ci əsrdə inşa edilməsinə baxmayaraq 1793-cü ildən muzeyə çevrilib.

Fransa nüvə istehsalının həcminə görə ABŞ-dan sonra ikinci yerdədir. Ölkədə 59 atom elektrik stansiyası fəaliyyət göstərir.

Fransa da ən yüksək vergilərə sahib Avropa İttifaqı ölkələri sırasındadır.

Bu ölkədə gəlir vergisi - 34,3%-dir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN