Gənc qalmaq istəyirsənsə ...

0
2486
Gənc qalmaq istəyirsənsə ...

Hər zaman gənc qalmaq istəyirsənsə, o zaman həyat tərzinə diqqət etməlisən. Məsələn, alkoqoldan və siqaretdən imtina etmək, dəniz kənarında yaşamaq, torpaqda işləmək cavan qalmağın əsas yollarındandır. Almaniya alimlərinin apardıqları tədqiqatlar bunu deməyə əsas verir. 

 
Çox zaman insanlar işə və istirahətə düzgün vaxt ayırmırlar. İş və istirahət vaxtı dəqiq şəkildə müəyyən edilməlidir. Vacib amillərdən biri də normal yuxunun olmasıdır. Normaya görə, gecə saat 10-dan gec olmayaraq yatmaq və həyat tərzinə xüsusi diqqət vermək lazımdır.
 
Bəzən insanlar düşünür ki, uzun müddət istirahət etmək faydalıdır. Lakin belə deyil. Bəzi hallarda uzunmüddətli istirahətlər orqanizmdə bir çox xəstəliklərin meydana çıxmasına səbəb olur. Alimlərin məsləhətlərinə görə, yaşlandıqca qida rasionunda da dəyişikliklər etmək lazımdır. Daha çox bitki yağlarından, südlü qidalardan istifadə etmək, ət və digər yağları qida rasionundan çıxarmaq lazımdır. Mütəxəssislər bitki çaylarından-nanə, çobanyastığı və yaşıl çaydan istifadə etməyi məsləhət görürlər.

ŞƏRH YAZIN