Heyvan mənşəli qida yeyən insanlar ...

0
2414
Heyvan mənşəli qida yeyən insanlar ...

 Dünyada vegeterianların sayı çox deyil. Vegeterianlar heyvan mənşəli qidalardan nə qədər qaçarsa, həyatını bir o qədər uzadar. Çünki məlum olub ki, heyvan mənşəli qidalar çox qəbul edən insanlar həyatlarının 10 ilini itirirlər.


Harvard Universitetinin araşdırmaları bunu deməyə əsas verir. Vegeterianlarla ət yeyənlər arasındakı fərq siqaret çəkənlərlə çəkməyənlər arasındakı fərq qədərdir. 

Bu nəticələrə gəlincəyə qədər Harvard Universitetinin alimləri 15 il ərzində araşdırma aparıblar. Məlum olub ki, bir dənə yumurtanın tərkibində olan xolesterin insan ömrünü bir siqaretin azaltdığı qədər azaldır. Bir gündə qəbul olunan yulaf sıyığı isə insan ömrünü idman qədər uzadır.

ŞƏRH YAZIN