İki əsrdir dünyanın sevə-sevə oxuduğu məktub

0
2343
İki əsrdir dünyanın sevə-sevə oxuduğu məktub

Artıq günümüzdə kimsə bir-birinə uzun məktublar yazmadığı kimi, bir-biri üçün uzun həsrət duyğusu da hiss edə bilmir. Çünki internetlə hər gün təmas imkanı kimsənin darıxmaq duyğusu ilə dolub-daşmasına imkan vermir. 

 
Arzu etdiyin anda barmaqlarını duymələrə toxundurub bir dəqiqədə dünyanın istənilən yerinə çatdıra bilmək imkanına sahib olmaq insanları bəlkə də bir-birinə həsrət duymaq kimi gözəl hissdən məhrum edir… 
 
Bu yaxşıdırmı, yoxsa pis?.. Bütün bunları müəyyən etmək bəlkə də hələ tezdir, bu sürətlə, qısa zaman kəsiyində bir-birinə hiss etdiklərini izah edə bilmənin nəticəsi nə olacaq?

Bunu hələ tam müəyyən etmək üçün zamana ehtiyacmız var. 

Keçmişdəsə belə deyildi. Bir-birini sevən və öz duyğularını anlatmaq istəyən biri poçta gedə bilmək üçün belə əziyyətə qatlaşmalı, günlərlə alacağı cavabı gözləməli idi.

Eynən sizə tədqim edəcəyimiz məktubda olduğu kimi…
 
“Son sözləri yazarkən göz yaşlarım səfihələrə səpələnir…

Amma nəşələnməliyəm… Sonsuz sayda öpücüklər uçur havada… Onlardan bir neçəsini tuta bildim, çox ləzzətlidirlər.

Sən bu məktuba cavab yaza bilərsən. Amma cavabı Ləns poçtxanasından göndərməlisən, çünki belə daha etibarlıdır. Amma ora gedib-getməyəcəyini tam bilmədiyimdən sənə bir söz deyə bilmirəm. Məktubun üzərinə “gəlib poçtdan götürülməyincəyə qədər gözlədilsin” sözlərini yaz ki, itməsin…

Çox sevgili, sevgililərin sevgilisi, incə, kiçicik xanımım… Sağlığına diqqət et və qəsəbədə dolaşmağı ağlından belə keçirmə…

Məktubda mənə bizi necə tapdığını ətraflı yaz, sevimli arvadım…

Səni milyonlarca kərə öpürəm…”
 
Bu, Motsartın arvadına yazdığı məktub idi… 

ŞƏRH YAZIN