İlə 50 min qazanıb, aya 1 milyon xərcləyir

0
4442
İlə 50 min qazanıb, aya 1 milyon xərcləyir

Son dövrdə musiqi dünyasının məşhur müğənnisi Biber bir ay ərzində təxminən 1 milyon dollar xərcləyir. Gənc müğənni keçən il 50 milyon dollar pul qazanıb. Qazandığı pulları ağlasığmaz şəkildə lüks avtomobillərə və paltarlara xərcləyən Biber keçən ay gündəlik kirayəsi min yeddi yüz dollar olan Lamborgini maşınını kirayələyərək şəkillər çəkdirib. Onun bu qədər pul xərcləməsi medianın diqqətini çəkib. Biber narkotik və spirtli içkilərə meylli olan sevgilisi Selena Qomezdən ayrıldıqdan sonra parti və qadınlara daha çox pul xərcləyib. Onun ağlasığmaz pul xərcləməyi “In Touch” jurnalında maraqlı mövzuya çevrilib. Biberin yaxın adamı jurnala açıqlama verərək "Biber heç kimdən pul götürmür. Anası onun qazandığı pulların yarısını xərcləməyə icazə verir. O da pulunu heç qızırqalanmadan xərcləyir. Hətta bircə aya 1 milyon dollara yaxın pul xərcləyir", - deyib. 

 

ŞƏRH YAZIN