İmtahana hazırlaşırsan?

0
3942
İmtahana hazırlaşırsan?

 İmtahan verməyə hazırlaşırsınız? O zaman verəcəyimiz məsləhətlər işinizə yaraya bilər. Alimlər inandırmağa çalışırlar ki, belə məsuliyyətli gündə beyinin toplanmasına bir neçə məhsullar kömək edə bilər.


Bunun üçün, aşağıdakı məsləhətlərə əməl etmək gərəkdir.

İlk növbədə kifayət qədər su içmək lazımdır, çünki alimlər sübut ediblər ki, bu fikirlərin toplanmasına, informasiyanın qavranmasına və beyində hesablamağa kömək edir.

Həmçinin orqanizmdə suyun çoxluğu baş ağrısından da qurtulmağa kömək edəcək.

Fikirlərin toplanmasına qənd də kömək edir – qlukoza beyinin aktivliyini stimullaşdırır. Lakin, bununla həddi keçmək olmaz, əks-halda pis effekt əldə etmiş olacaqsınız.

İçkini qəndlə, yəni şirin suyla – limonu bir yerdə qəbul etmək məsləhət görülmür.

Şokolad, şirniyyat və pirojnalardan da imtina etmək lazımdır. Yaxşısı budur, şirin bulka və ya meyvə yeyəsiniz.

İmtahan qabağı, səhər yeməyində proteinlərlə zəngin olan məhsullardan istifadə etmək lazımdır: yumurta, lobya, yulaf yarması, myusli. Həmçinin quru meyvə, qoz, fındıq, pendirli buterbrod və yoqurt yemək məsləhət görülür.

ŞƏRH YAZIN