İnsanlar Ən Çox Nədən Qorxur?

0
4748
İnsanlar Ən Çox Nədən Qorxur?

1. Tənha qalmaq qorxusu.
Hətta tamamilə özünə qapanma və cəmiyyətə zidd olan davranışla xarakterizə olunan—autizm xəstəliyindən əziyyət çəkən insanlar da qəlblərinin dərinliklərində tamamilə tənha qalmaq qorxusunu hiss edə bilərlər. Bu qorxunun kökündə hər bir insanın xoşbəxt olmağa can atması durur. Madam ki, insanlar ibtidadan «ictimai (sosial) heyvan» hesab edilirlər, bu səbəbdən, biz özümüzü yalnız cəmiyyət içində olaraq, arzularımızı, istəklərimizi həyata keçirərək xoşbəxt hiss edə bilərik. Anlaşılmaz, qəbuledilməz, atılmış, rədd edilmiş olmaq — kimi gerçəklik insanın həzz almasından daha çox qorxmasına səbəb olur.
 
2. Ölüm qorxusu (akrofobiya,hemofobiya və s).
Obrazlı düşüncə tərzi olan əndişə və bədgüman xasiyyətli insanlar. Məhz bu cür insanlar ölüm qorxusu və digər uyğun fobiyaların əsas daşıyıcılarıdır: örtülü (bağlı) məkan qorxusu, qan qorxusu, hündürlük qorxusu, ölülərdən qorxma, ağrı qorxusu, zorlanma qorxusu və s.
 
3. Sosiofobiya (açıq, ümumi çıxış etmə qorxusu), aqorafobiya (açıq məkan qorxusu).
İstər bu cür, istərsə də başqa yolla olsun, hamımız müxtəlif dərəcələrdə şəxsi hisslərimiz və emosiyalarımızı başqalarının gözü qarşısında biruzə verməkdən qorxuruq. Lakin bəziləri üçün bu cür qorxu,beyninə girir və fobiyaya çevrilir. Bu xəstəlikdən əsasən obraz və sistemli tip düşüncə tərzi olan insanlar əziyyət çəkir. Əgər birinci dəfədirsə — diqqət mərkəzində olmaq üçün anadangəlmə yaradıcılıq xasiyyətidir (natura), gərəkli şeydir, amma müəyyən edilmiş xüsusiyyətlərin nəticəsinin qəbul edilməsində səhnə və ya açıq məkan qorxusu meydana çıxır. Digərləri üçün bu daha çox səriştəsiz, gülməli, axmaq kimi görsənmək qorxusudur. 
 
4. Hörümçək, siçovul, tarakan (mətbəx böcəyi), ilan, təyyarə, bədheybət, iblis (şeytan), güzgü, kompüterin söndürülmüş monitoru, dikdaban qorxusu.
Bütün bu qorxular bir məntəqədə kəsişir, yəni bütün bu qorxuların kökü, anadangəlmə obrazlı intellektə malik kəslərdə obrazlı düşüncə növünün tam inkişaf etməməsi ilə əlaqədardır. Bu cür qorxu və fobiyalara məhz anadangəlmə obrazlarla düşünən insanlarda rast gəlmək olar. Bu, hissi xasiyyətli kəslərdir: aktyorlar, rəssamlar, modellər və s. Bir sözlə, obraz və emosiyalarla düşünən kəslərdir.  
 
5. İntim yaxınlıq qorxusu.
Qorxu, yalnız 16 yaşlı yeniyetmələrdə deyil, 40 yaşlı tam yetkin kişi və hərdən də qadınlarda müşahidə olunur.  Təəccüblüdür,  amma bu xəstəliyə malik insanlar başqaları ilə nisbətdə libido (cinsi istək, ehtiras) cəhəti daha yüksək olanlardır. Lakin buna baxmayaraq, birinci cinsi təcrübə uğursuzluğu və ya uşaqlıq incikliyi və tutqun (sarsılmış) emosiya səbəbindən həm də mürəkkəb (dolaşıq, çətin) seksuallıq var. Bu cür qorxuya malik insanlar demək olar ki, tez-tez inkişaf edilmiş sistemli düşüncəyə malik olurlar. Bu tip insanlar üçün ev rahatlığı, sevimli kitab və mətbəx— həyatın daimi yol yoldaşlarıdır. İntim yaxınlığa gəldikdə isə, onlar sıxılma (utanma), qısılma, nəsə yeni bir şeydən qorxma kimi hisslər keçirirlər. Adətən kişilər uğursuzluq qarşısında qalma qorxusu keçirir və ya gülünc vəziyyətdə qalacaqlarından çəkinirlər. Qadınlar da həmçinin,onları yaralayacaqlarından, satacaqlarından (xəyanət edəcəklərindən), incidəcəklərindən qorxurlar. 
 
6. Dəli olmaq (ağlı itirmək, havalanmaq) qorxusu.
Kifayət qədər spesifik və möhkəm qorxudur, amma bunu yalnız abstrakt təsəvvürlə (anlayışla) düşünən insanlar hiss edir. Adətən bu cür insanlar ruhani dünyanı, kainatı (aləmi) tanımağa;dini, fəlsəfəni, fizikanı öyrənməyə çalışan kəslərdir. Bu kəslər, ona bir az dəlisov da gəlsə, müdhiş ideyanı yaratmaq qabiliyyətindədir.Bir çox şairlər, klassik və rok musiqiçiləri dəlilik qorxusunu keçiriblər, amma buna baxmayaraq ,özlərini və aləmi (kainatı) LSD, sürvə (şalfey) və s. müxtəlif narkotika və psixodelik vasitəsilə araşdırmağa çalışıblar.
 
7. Verminofobiya (bakteriya və mikroorqanizmlərdən qorxmaq).
Yəqin ki, siz gün ərzində əllərini onlarca dəfə yuyan, gün ərzində bir neçə dəfə evdə yıryığış edən, bir çox zərərsiz əşyalara toxuna bilməyən və bütün bunların səbəbi də, hər hansı bir «zərərli» virusa yoluxacağından qorxan insanları həyatınızda ya görmüsüz, ya da onlar haqqında eşitmisiz.Bu cür qorxudan, bir qayda olaraq, yüksək məntiqi intelektə malik olan insanlar əziyyət çəkir. Adətən bu cür insanlar istedadlı mühəndislər, iqtisadçılar, hüquqşünaslar olur. Məsələn: məşhur amerikalı ixtiraçı, rejissor və milyonçu— Hovard Xyuz verminofob olub. Daha sonra, bu cür fobiya  obsessiv-kompulsiv pozğunluğa keçid alır, hansı ki, insanı daha da şəxsi qorxu və vəsvəsələrinin dustağı edir.    
 
8. Qorxaq olmaq qorxusu.
Başqa insanlara görə, anadangəlmə məsuliyyət hissinə malik gənc insanların keçirtdikləri,əsl kişi qorxusudur. Məhz bu cür insanlar özlərində həqiqi idarəçi özəyinə malikdirlər və anadangəlmə xarizmaya sahibdirlər. Qadınların bir çoxu da bu hissi keçirir. Buna görə də, bu qorxu kişilər kimi qadınlara da bəzi vaxtlarda hazır olmaq (vəziyyəti idarə etmək, düzgün qərar qəbul etmək), lazım olduğunda özünü zəifləməyə imkan verməmək barədə yardımçı olur.
 
9. Zəhərlənməkdən qorxmaq.
Bu qorxu,müstəqil bir qorxu hesab edilir və adətən,digər fobiyalarla heç cür əlaqəsi olmur. Buna görə ki, bundan, bir qayda olaraq, intuisiyaya əsaslanaraq düşünən insanlar əziyyət çəkir. Bu cür insanlar bütün dünyada, müxtəlif hesablamalara əsasən,5%-dən çox deyil. Məsələn,bu cür qorxu Stalində olub. Bunu müxtəlif mənbələr təsdiq edir. Psixoloji kuluarlarda (qeyri-rəsmi söhbətlər) belə şaiyələr gəzirdi ki, Vladimir Pozner, keçmiş maliyyə naziri Kudrin və məşhur amerikalı maliyyə mütəxəssisi Alan Qrinspen də bu fobiyadan əziyyət çəkiblər.Hər halda, bu qorxu adətən düşünülməmiş hesab edilir və o yalnız intuisiyaya əsaslanaraq,düşüncə tərzinin yüksək dərəcəsinə malik insanlarda müşahidə olunur.
 
10. Qocalıq qorxusu.
Gənclərdə kifayət qədər nadir hallarda, orta yaşlı qadınlarda tez-tez, həmçinin yaşı 50-ni keçmiş kasıb kişilərdə əmələ gələn qorxudur. Bu qorxu tamamilə anlaşılandır, axı qadınların bioloji mərhələdəki vəzifələri — uşaqları dünyaya gətirib tərbiyə etmək, kişilərinki isə — nəslin davam etdirilməsi, ailəni qida və təhlükəsizliklə təmin etməkdir.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN