İnsanlar nədən qorxur???

0
3582
İnsanlar nədən qorxur???

 Bütün insanların bəlli etməsələr də, bir qorxuları mütləq var. Kimisi təklikdən qorxar, kimisi həşəratlardan, kimisi ölümdən... Gəlin ən çox və ən az yayılan qorxularla tanış olaq.


10-cu yerdə qocalıq qorxusu yer alır.

Cavanlarda az rast gəlinən, qadınlarda həddindən artıq qorxu hissi yaradan, 50 yaşını ötmüş kişilərin ən çox düşündükləri qocalıq.

9. Zəhərlənmə qorxusu

Bu qorxunun başqa fobiyalarla heç bir əlaqəsi yoxdu. Çünki bu qorxunu ancaq intuitiv düşünmə qabiliyyəti olanlar daha çox keçirir. Və belə insanların sayı sadəcə 5 %-dir. Məsələn, bu qorxu ilə yaşayanlardan biri Stalin olubdu. Eyniylə bu fobiya ilə yaşayanlar siyahısına Vladimir Pozner, Kudrin, Alan Qrinspen də daxildir.

8. Zəif olmaq qorxusu.

Bu hissi daha çox kimlərinsə məsuliyyətini çəkmək məcburiyyətində olan insanlar keçirir. Və əslində bu qorxu onlara daha çox diqqətli olmağa yardımçı olur. Onlar hər zaman güclü olmaq üçün əllərindən gələni edirlər.

7. Verminofobiya ( mikrob və bakteriyalardan qorxmaq)

Belə insanlar çoxluq təşkil edir: gün ərzində hər saatdan bir əllərini yuyan, evdə tez-tez təmizlik işi aparan, bir çox əşyaya toz olar deyə toxunmayan. Hər zaman hansısa " virusa" tutulmaqlarından qorxurlar. Bu fobiyanı daha çox məntiqli insanlar keçirir. Mühəndis, iqtisadçılar, həkimlər. Məşhurlardan Hovard Hyuzu bu siyahıya aid etmək olar.

6. Dəli olmaq qorxusu.

Bu hissi daha çox abstrakt düşüncəyə malik insanlar keçirir. Bu daha çox ruhani dünyanı tanımaqla məşğul olan insanlara aiddi, dini, fizikanı, fəlsəfəni öyrənməklə məşğul olan insanlar. Onlar özlərindən dahiyanə fikirləri yaratmağı sevirlər, hətta bu fikir dəlilik kimi görünsə də. Bir çox musiqiçi və yazışılar bu qorxunu hiss etdikdə narkotik vasitələrə, psixotrop preparatlara əl atmalı olublar.

5. İntim yaxınlıq qorxusu.

Bu qorxu tək 16 yaşlı qızlara aid deyil. İntim yaxınlıq qorxusunu hətta 40 yaşında kişilər belə keçirir. Kişilər daha çox uğursuz alınacağından qorxurlar. Belə qorxunu daha çox ev şəraiti, kitab və mətbəxə bağlı insanlar keçirir. Onlar hər bir yenilikdən çəkinirlər.

4. Həşəratlar, təyyarə, hündür dikdaban və s. qorxusu.

Bütün bunları birləşdirən amil hər tərəfli düşüncə tərzinin kamilləşməməsidir. Onlar anadan gəlmə bir çür düşüncəyə malik insanlardır. Bir çox aktyorlar, modellər, rəssamlar bu qrupa aiddirlər. Hansılar ki, ancaq obraz və emosiyalara üstünlük verir.

3. Sosiofobiya, aqorafobiya

Sosiofobiya- ictimai yerlərdə çıxış etmək, başqa insanlar qarşısında öz fikrini bildirməkdən çəkinən insanlara aiddir. Onlar gülünc görünməkdən, fikirlərini çatdıra bilməməkdən qorxurlar. Aqorofobiya - açıq məkanlardan qorxmaq hissidir. 

2. Ölüm qorxusu (akrofobiya, gematofobiya).

Onlar bağlı yerlərdən, qandan, hündürlükdən, ağrıdan, ölüdən, zorakılıqdan və s. qorxan insanlardır. Hər zaman daxillərində ölüm qorxusunun daşıyıcısı olur və ölümə gətirəcək hallar hər an onları sanki izləyir fikirlərində.

1. Tənhalıq qorxusu.

Bu qorxunun əsasında hər bir insanın xoşbəxt olmaq hissi durubdur. Hətta autizmdən zərər çəkən insanların daxilində bu qorxu vardır. Özünü tək, atılmış, insanlar tərəfindən anlaşılmayan, hamı tərəfindən imtina edilən - bu hisslər tənhalıq qorxusunu insanın daxilindən çıxarmır.

ŞƏRH YAZIN