Uşaqlar Heyvanlardan Qorxursa ...

0
1911
Uşaqlar Heyvanlardan Qorxursa ...

Çoxumuz günümüzün 9 saat və daha çoxunu işdə keçirir və hər gün eyni insanları görürsünüz. Buna görə də iş yoldaşlarınızla dost olmaq ağlabatandır.Bununla belə,heç iş dostlarınızın həqiqi dostunuz olub-olmadığını düşünmüsünüzmü?
Pis gündə yanınızda olacaq və ya nahara evə dəvət etməkdən həzz alacağınız həqiqi dostlarınızla qəlyanaltı zamanı bir yerdə olduğunuz və ya hər gün eyni binada olduğunuz üçün xoş vaxt keçirdiyiniz iş dostlarınız arasında fərq var.Əksəriyyətimiz məktəbdə dostlaşdığımız üçün gənc peşəkarlar üçün bu cür fərq qoymaq daha çətindir.Sinfə gedirsiniz,yeni insanlarla tanış olursunuz və dostlar qazanırsınız.Onlardan bəziləri bunun ofisdə də eyni cür olduğunu düşünə bilər.
Lakin iş mühiti məktəbdən çox fərqlidir.O daha mürəkkəbdir və daha çox qaydaları var.Sadəcə eyni insanları həftədə 56 saat görmək onların sizin yeni ən yaxşı dostlarınız olacağı demək deyil.Əlbəttə,işdə həqiqi dost tapa biləcəyiniz hallar da ola bilər,lakin ümumilikdə bu,çox nadir olur.Bir şəxsin sadəcə iş dostu yoxsa həqiqi dost olduğunu anlamaq üçün özünüzə bir neçə sual vermək məsləhətdir.
Dostunuzla ofisdən kənarda,xüsusilə həftəsonu görüşürsünüzmü? 
Dostunuzun ofisdən kənarda dostlarını tanıyırsınızmı?
Dostunuz üçün önəmli olan biri ilə tanış olmusunuzmu?
Əgər dostunuz və siz eyni vəzifəyə yüksəlməyə namizədsinizsə və sonda o,həmin vəzifəyə yüksəlirsə,onun üçün sevinərsinizmi?
Əgər dostunuz işdən çıxsa,hələ də onunla görüşərsinizmi?
Əgər bütün bu suallara `bəli` cavabını verdinizsə,təbriklər,siz işdə özünüzə həqiqi dost tapmısınız.Əgər belə deyilsə,ən yaxşısı iş dostlarınızla bir az məsafə saxlamaq ola bilər.
Aşağıda bir neçə məsləhət tapa bilərsiniz.
1.Sərhədlər qoyun: İş dostlarınızla şəxsi məsələləriniz barədə danışmayın.
2.Qeybət etməyin: Ofisdə digərləri barədə,xüsusilə müdiriniz və ya rəhbəriniz barədə qeybət etməyin.Bilmək olmaz,bəlkə də,bu insan sizə dost kimi görünür,amma əslində deyil!
3.Hər şeyi şəxsiləşdirməyin: Yadda saxlayın ki,bura iş ofisidir və siz işləri yerinə yetirmək üçün digərləri ilə əməkdaşlıq etməlisiniz.Buna görə də əgər iş dostlarınızdan biri ilə probleminiz varsa,ən yaşxısı onu dərhal həll etməkdir.
4.Peşəkar olun: Nə baş verməsindən asılı olmayaraq,siz həmişə nəzakətli və peşəkar olmalısınız.


Korrektə etdi:Günel İbadova

 

ŞƏRH YAZIN