İtlər Sizi Depressiyadan Qoruyur

0
3414
İtlər Sizi Depressiyadan Qoruyur

Heç bilirdinizmi, evdə it saxlamaq necə faydalıdır? Bəli bəli. Aparılan elmi araşdırmalar zamanı it sahibi olmağın insan psixologiyası və sağlamlığına müsbət cəhətdən təsir göstərdiyi təsbit edilib. Yox, əgər yenə də evdə it saxlamaqla bağlı qərarınız qəti deyilsə, sizi evdə it saxlamağın inanılmaz faydaları ilə tanış edək.
Xərçəngi təsbit edir. İtlərin qoxu alma duyğuları olduqca yaxşı inkişaf edib. Buna görə əgər bədəninizin hansısa qismində şiş əmələ gəlibsə, it bunu daha tez və yaxşı duyacaq. Şişi təsbit edən it tez-tez sizi qoxulayar və hətta həmin hissəni dişləyə də bilər.
Qan şəkərinizə nəzarət edər. Sahiblərinin qan şəkərinin düşdüyünü hiss edən itlər fərqli davranışlar göstərir. Əgər xəstəliyinizin fərqindəsinizsə, itin nə üçün belə etdiyini anlaya bilərsiniz.
Depressiyanın qarşısını alar. Aparılan araşdırmalara görə itlər saçdığı enerji ilə insan psixologiyasına müsbət təsir edir və bu da sahibin daha az depressiyaya düşməsinə kömək edir.
Allergiyaya qarşı müqaviməti artırır. Uşaqlıq yaşından it sahibi olan insanlarda çox az allergik hallar yaşanır.
İdman etmənizə kömək edər. İt sahibi olanlar çox az hallarda piylənmə problemi yaşayar. Bunun səbəbi isə tez-tez gəzmək istəyən itin özü ilə birlikdə sahibini də gəzməyə, qaçmağa vadar etməsidir. 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN