Jan Xristof Qranje sözləri

0
2902
Jan Xristof Qranje sözləri

 *Xoşbəxt olmağı sabaha buraxmaq, qarşıya keçmək üçün çayın dayanmasını gözləməyə bənzər. Və bilərsən, o çay əsla dayanmaz.


*Özünü nöqtə qədər dəyərsiz hiss etdiyində dönüb arxana bax; bəlkə əhəmiyyətli bir cümlənin sonundasan.

*Birini özünə çox yaxın görürsənsə ona bir az zaman tanı. Əslində sənə nə qədər uzaqda olduğunu mütləq göstərəcək .

*Güvən mənə sözünü eşitdiyiniz hər mühitdə güvənməniz lazım olan tək bir adam vardır. O da özünüz .

*Unutmaq və gözləmək insanı ən çox ağrıdan hərəkətlərdir; amma bunların nə qədər sürəcəyini bilməmək ağrıların ən betəridir!

*Məni anlamaq üçün söylədiklərimdən çox susduqlarımı dinləyin.. Çünki mən, söylədiklərimdən çox susduqlarımda gizliyəm.

*Saxta gülüşlər altında sərgilədiyim xoşbəxtlik maskalarını çıxardım. Alınmayın.. Olmadığım kimi görünmək mənə görə deyilmiş.

*Dünyanın harasında olsan ol, olduğun yerdə deyil düşündüyüm yerdəsən .

*Həyatınızda tarazlıq problemi varsa ətrafınıza diqqətlicə baxın; ehtimalla birini səhv bir yerə qoymusunuz .

*Məni xoşbəxt etməyə çalışma, Mənimlə xoşbəxt ol.

*Gedənin ardından nöqtə qoyun ki; gələcək olanın adı böyük hərflə başlasın.

*İnsanlar nə qədər ağıllı olursa olsun, sevdiyi adamın bir sözünə aldanacaq qədər axmaqdır əslində.

*Anladım ki; sənin sevdiyinə deyil, səni sevənə dəyər verəcəksən...

*Sevdiklərinizi incitməyin.. Çünki Onları bir gün; İncitmək üçün belə tapmaya bilərsiniz.

*Sahib olduqlarının dadını çıxarmağı öyrən. Çünki vaxtını sahib ola bilmədiklərinin ağrısına ayırsan tək kədərlənən sən olarsan!

*Yara ən çox ovucunun içindədirsə sənə aiddir! Sıxarsan ovucunu, canın yanar.. Amma səndən başqa kimsə bilməz niyə ağrıdığını.

*Hüzurun olmalı bir az və səni güclü edəcək qədər ağrın. Sənə qəribə gələcək amma; İnsanlara aldanmayacaq qədər daş ürəkli olmalısan.

*Etdiyin səhvlərdən utanma. Onlar sənin bu dünyada vurduğun damğandır.

*Etdiyin hər seçkinin ardından içinə bir şey düşər. Kimsə bilməz, kimsə anlamaz; amma nə etsənsə et o əmişə içində qalar.

*Kimsənin ümidini qırmayın, Bəlkə də sahib olduğu tək şey odur.

*Nə qədər dəyişsən dəyiş.. İlk harada xoşbəxt oldunsa, həmişə oraya çevirərsən başını.

*Gedənin arxasından baxmayın; Yoxsa gələni görə bilməzsiniz.

ŞƏRH YAZIN