Kərə Yağının Faydaları

0
4535
Kərə Yağının Faydaları

İllərdir kərə yağının orqanizmdə xolesterini yüksəltməsindən və bununla da hipertoniya, iflic, infarkt xəstəliklərinə səbəb olmasından bəhs olunur. Ancaq elm adamlarının son araşdırmalarına görə kərə yağı orqanizmə gündəlik gərəkli bəlli ölçüdə qəbul olunarsa, bır sıra xəstəliklərin qarşısını almaq mümkündür.

Kərə yağının olduqca qidalandırıcı  - orqanizmə xeyirli tərkibi var; kalsium, fosfor, dəmir, müxtəlif adda vitaminlərlə (C, A1, B1, B2, nikotin turşusu və s.) bol olan bu yağ, xüsusilə, A vitamininin mənbəyi sayıla bilər, antibakterial təsirə malikdir, yod ilə zəngindir, tərkibində linol turşusu olduğu üçün iltihab, allergiya və xərçəngə qarşı ən güclü qoruyucu vasitədir. Diş çürüməsi və yaddaş zəifliyi xəstəlikləri zamanı müalicəvi əhəmiyyəti böyükdür. Həzmi rahatdır, mədəni gücə salmır.
 
Bütün bu qeydləri göstərən kanadalı elm adamı - Albert Universitetinin professoru Spenser Proktor kərə yağının ürək-damar xəstəliyi riskini artırdığını deyil, əksinə, azaltdığını, şəkər xəstəliyi və piylənmənin müalicəsi zamanı həkimə yardımçı olduğunu bildirir. 
 
Alimin qeydlərinə görə bu günə qədər kərə yağı haqqında insanlarda yanlış təəssurat yaradılıb. Onun xeyirli tərəflərini açıqlamaqla bir çox xəstələrə yardım etmək olar. Ancaq o, bunları da qeyd edib ki, əgər kərə yağının bütün müsbət xüsusiyyətləri ilə bərabər ondan istifadə zamanı qəbul etdiyimiz yağı enerji olaraq yandıra bilmiriksə, o zaman orqanizmdə müəyyən problemlər yarana bilər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN