Mersedes Nişanı Nə Anlama Gəlir?

0
13369
Mersedes Nişanı Nə Anlama Gəlir?

Avtomobillər arasında ən çox istifadə olunan markalardan olan Mersedes Benz simvolunu yadınıza salmağa çalışın. Sizcə həmin simvol nə anlama gəlir?

Rəsmi məlumatlara əsasən, Mersedes –Benz simvolu üç təbii ünsürə işarədir – Su, torpaq, hava. Amma bu simvolun arxasında başqa mənalar da gizlənir.

Simvolu əhatə edən dairə - hərəkət simvolu, yəni təkər deməkdir. Dairə - həm də sonsuzluq, daim hərəkətdə olmaq, səma, zaman, kainat, aləm, dünya mənasında da ola bilir. Əslində isə dairə - mifik və dini nöqteyi nəzərindən də daimiliyi xarakterizə edən bir işarədir. Mersedes-Benzin simvolundakı dairənin mənasının - “bu avtomobilin uzunömürlü və daimi bir brend olacağı” - demək olduğunu deyənlər də çoxdur.

Bəs, dairənin işərisindəki üçguşəli ulduzun mənası nədir?

Üçguşəli ulduz - üçbirlik, üçbucaq - xaçpərəstlikdə isə “hər şeyi görən göz”, “İlahi göz” mənasını daşıyır. Belə bir işarəyə, yəni üçbucağın içərisində açıq göz simvoluna, Amerika və Ukraynanın pul vahidlərinin üzərində də rast gəlmək mümkündür. Bu cür simvola dini mərasimlərdə daha çox rast gəlinir. Hindistanda bu işarə - xaosdan yaranmış ilk kosmik fiqur hesab olunur. Birdə ki, İlahi indus triadası olan Trimurti – üç ilahənin, yəni Yaradıcı Brahma, qoruyucu Vişnu və dağıdıcı Şivanın birləşməsidir bu işarənin mənası.

Masonlarda isə bərabəryanlı üçbucaq Kosmosun üç hissədən inarət olmasına işarədir. Yəni işıq, qaranlıq və zaman....

Numerologiyada üç çox böyük məna daşıyır. Bu ilk tək ədəddir. Üç həm də quruculuq mənasını daşıyır.

Mifik tərəfdən üç – başlanğıc, orta və sonluq deməkdir.

Pifaqora görə üçbucaq kosmosu simvolizə edir və başqa mənada da sağlamlıq deməkdir.

Finikiyalılara görə üçbucaq – “dalet” hərfidir, yunan hərfi “delta” bundan yaranmışdır. “Qapı” mənasındadır.

Hansı tərəfdən yanaşırıqsa yanaşaq, Mersedes – Benzin loqotipindəki üçguşəli ulduz yəni 3 rəqəmi daha çox magik məna daşıyır. Dini və mistik kitablarda, əsasən də “İncil”də 3 rəqəminə çox rast gəlmək olar. Məsələn: 3 falçı, İsanın öldüyü gün – 3 aprel, İsanın yaşı – 33, İsanın dirilməsi – 3-cü gün və sairə .

Digər bir tərəfdən, bəşəriyyət, ümumiyyətlə, yaradıldığı gündən 3 rəqəmini mistik bir rəqəm hesab etmişdir. 3 rəqəmi – mifik, mistik və dini tərəfdən də baxsaq sirli və sehirli bir rəqəm hesab edilir.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN