Effektiv satışların 21 sirri

0
2162
Effektiv satışların 21 sirri

 Amerikalı mühəndis Edvard A. Mörfinin qanunlarından xəbərdar olmayan yoxdur.Adını ilk dəfə eşitmiş olsanız belə,bu qanunları oxuyanda mütləq barmağınızı dişləyəcəksiniz.Məsələn:
— Yağlı çörək yerə düşsə, mütləq yağ olan tərəfi yerə dəyir
— İmtahanda 40 sualdan 35-ni öyrənmisənsə, sənə öyrənmədiyin suallar olan bilet düşəcək.
— Vitrində bəyəndiyiniz əşyanı sizdən əvvəlki alıcı alacaq.
— İtirdyini sonuncu arxa cibindən tapacaqsan.
Mörfi kimdir?
Mühəndis Mörfi 1949-cu ildə raket texnikası sahəsində sınaq apararkən cihazlardan birinin cüzi fərqlə səhv bağlanması bütün sistemi pozub.Bu uğursuzluqdan sonra Edvard Mörfi öz qanunlarını yazmağa başlayıb.Mörfinin təməl qanunlarından biri də elə bununla bağlıdır:“Əgər hər-hansı bir xoşagəlməz halın baş vermə ehtimalı varsa,o mütləq baş verəcək”.
Mörfinin əsas qanunları:
— Ayağınıza olan ayaqqabı dükandakı ən görkəmsiz ayaqqabıdır.
— İmtahana hazırlaşdığınız vaxtlarda həmişə yuxunuz gələr,imtahanlar bitəndən sonra yuxunuz ərşə çəkilər.
— Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.
— Yarışda sürətli,döyüşdə qüvvətli olan həmişə qazanmır,amma sən yenə də onların tərəfini saxla.
— Dostlar gəlib-gedir,düşmənlərsə yığışıb qalır.
— Həll olunan hər problem yeni problemlər yaradır.
— Tunelin sonundakı işıq,gələn qatarın işıqları ola bilər.
— İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.
— Özündən daha çılğın biri ilə heç vaxt sevişmə.
— Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.
— Təmir vaxtı, mütləq əllərin yağlı olanda burnun qaşınır.
— Biz nə qədər oxusaq da, müəllim oxumadığımız yerdən sual verir.
— içində biri xarabdırsa inanın ki, məhz onu tortun xəmirinə qatacaqsız
— Axtardığımız şeyi ən axrıncı baxdığımız yerdən tapırıq.
Mörfinin qızıl qaydası:
Qızıl kimdədirsə,qanunu da o yazır.
Müharibə üçün Mörfi qanunları:
-Heç vaxt unutma ki, sənin silahın ən ucuz materiallardan hazırlanıb və lazımi anda o işləməyəcək.
-Əgər avtomatın çalışsa,onda güllən qurtaracaq.Güllən də qurtarmasa,görəcəksən ki, vurmağa heç kim yoxdur.
-Əgər hücum doğrudan da yaxşı gedirsə,deməli siz pusqudasınız.
-Qısa yol həmişə minalanmışdır.
-Səngərdə heç vaxt ateistə rast gəlməzsən.
-Düşmən gülləsindən də dəqiq yalnız dost gülləsidir.
-Etdiyin hər bir hərəkət səninçün ölümcül ola bilər,hətta heç nə etməməyin də.
-Sən fikirləşirsən ki,düşmən daha yaxşı silahlanıb,o isə sənin silahlarının daha üstün olduğunu düşünür,siz hər ikiniz haqlısınız.
-Zabitlərin lovğalıq dərəcəsi onların orduda tutduğu ierarxik rütbə ilə tərs mütənasibdir.
-Partlama müddəti 5 saniyə nəzərdə tutulmuş qumbaralar 3 saniyəyə partlayacaqlar.

-Telefon qanunu-Telefon nömrəsini səhv yığan zaman, heç bir vaxt o nömrə məşğul göstərmir.
-Bəhanə qanunu -Müdirinizə desəniz ki, gecikməyə səbəb maşının təkərinin partlaması idi, sabahısı günü təkər hökmən partlayacaq.
-Riçard qanunu -Uzun müddət saxladığınız əşyanı atmaq olar. Hər hansı bir əşyanı atan kimi o sizə lazım olacaq.
-Məktub qanunu- Zərfi möhürləyən andaca ağla yeni fikirlər gəlir.
-Avtomobil tıxacı qanunu -Tıxacda olan zaman,olduğunuz xətti dəyişən kimi, əvvəl olduğunuz xətdə hərəkət başlayacaq.
-Yer qanunu -Haraya getməyinizə baxmayaraq,«Bıy, sən burda nə gəzirsən» deyilir.
-Nəticə qanunu- Kiməsə nəyinsə işləmədiyini göstərmək istəyən zaman, o həmişə işləyəcəkdir.
-Kan aksiomu -Əgər başqa heç nə kömək eləmirsə, nəhayət, instruksiyanı oxuyun.
-Məhsul qanunu -Nəhayət ki, ən çox xoşunuza gələn məhsul tapan kimi, onun istehsalı dayandırılacaq.
-Görünmə qanunu -Sizi tanıyanın sizi görməsi ehtimalı heç kimin sizi görməməsini istədiyiniz  zaman daha da çoxalır.
-İnsan bədəni qanunu- Qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdi.

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN