Dinlədiyiniz musiqi ...

0
2867
Dinlədiyiniz musiqi ...

 İnsanların xarakterini bir çox şeyə görə müəyyən etmək olar. Məsələn, dinlədikləri musiqiyə görə...


İngiltərədə aparılan bir araşdırmaya görə nə dinlədiyiniz sizin kim olduğunuzu göstərir. Araşdırmaya görə pop musiqi dinləyənlər xoşbəxt, klassik xoşlayanlar ağıllı olur.

Dinlədiyimiz musiqinin xarakterimizi ortaya çıxardığını söyləyən araşdırmaçılar, eyni zamanda, dinlənilən musiqinin

Uzun vaxt ərzində xarakteri dəyişdirdiyini də təsbit etmişlər." Telefonunuzdakı mahnı siyahısına diqqətli baxın və xarakter analizinizi edin" deyən mütəxəssislər caz sevənlərin müsbət və məsuliyyətli insanlar olduqlarını, eyni zamanda, digər musiqi növlərini seçənlərə nisbətən daha yoldaş canlı və romantik olduqlarını, klassik musiqi sevənlərin isə ağıllı olduqlarını bildiriblər. Cambridge Universiteti Psixologiya Araşdırmaları Şöbəsindən Dr. Jason Rentfrow, elektronik musiqi sevənlərin isə bir az “ hirsli “ və “ tez coşan tiplər “ olduğunu söyləyir.
 
“Pop dinləyənlər xoşbəxtdir “

Araşdırmanın nəticəsi bəzi klassik məlumatları da təzələyir. Buna görə, rok musiqi sevənlər üsyankar ruhlular arasından çıxarkən, uzun müddət rok musiqi dinləmək adamı gündəlik həyatda qarşılaşdığı çox kiçik hadisələrə qarşı belə isyankar edir. Siyahıda rap musiqi sevənlər müxalif və özünə güvənən insanlar olaraq təyin olunarkən, bu kəslərin eyni zamanda digər musiqi növlərini xoşlayanlara nisbətən daha enerjili olduqları da təsbit edilib. Pop musiqi sevənlər isə siyahının ən xoşbəxtləridir. Araşdırmaya görə mahnı siyahısına tıxa - basa pop musiqi dolduranlar həm daha müsbət həm də daha xoşbəxt olurmuş.

Araşdırmaya görə fiziki cazibədarlığı ən az olanlar klassik musiqi dinləyərkən, ən yüksək olanlar pop musiqi dinləyir. Rentfrow, bu araşdırmanı universitetin 800 –cü ili münasibətilə apardıqlarını və çıxan nəticənin tələbələr və akademiklər tərəfindən də çox bəyənildiyini söyləyir.

ŞƏRH YAZIN