İnsanabənzər meymunlar adlanan dəstəyə ən iri meymunlar hesab edilən Oranqutan qorilla və şimpaze daxildir. Onlar çox zaman meyvə, ağac budaqları və torpaqdakı köklərlə qidalanır. Qorilla meymunların ən böyüyüdür. Onun boyu 1,8-2 m, çəkisi 250 kq-a çatır.
Cənubi Amerikanın çəngəlliklərində yaşayan marmozetta meymunları isə dünyada ən kiçik meymunlar sayılır. Onların boyu 20-25 sm, çəkiləri isə 250-300 q-dan artıq olmur.