Musiqi ilə yaddaşın güclənsin!

0
2429
Musiqi ilə yaddaşın güclənsin!

 Yaddaşın güclənməsi üçün mütləq musiqiyə qulaq asmalısan. Bəli bəli. Musiqiyə qulaq asmaq yaddaş zəifliyinin qarşısını alır və zehni möhkəmlədir. 


Yəqin ki, hər bir şəxs musiqi dinləməyi sevir. Çoxu bunu əyləncə kimi qəbul edir. Lakin musiqi dinləmək təkcə əyləncə deyil, həm də yaddaşı inkişaf etdirən və hafizəni möhkəmləndirən bir vasitədir. Musiqi dinlərkən beyində yığılıb qalan mənfi enerji dağılır və gərginlik tədricən aradan qalxır. Bu zaman beyin dincəlir və düşünməyə, əlavə məlumat toplamağa hazır olur.

Bundan başqa, yaddaş pozğunluğunu aradan qaldırmaq üçün iş prosesində müəyyən fikir dağıdan vərdişlərə də yiyələnmək yaxşı olar. Məsələn, yaxşı olar ki, işə başlamazdan əvvəl iş masası təmizlənsin, daim lazım olan avadanlıqlar bir də yoxlanılsın və saz vəziyyətinə gətirilsin.

Bundan başqa, boş vaxtlarda ucadan mütaliyə etmək beyin fəaliyyətini daha da gücləndirir. Bu eyni zamanda lazımı söz ehtiyatını artırır, çətin sözlərin deyilməsində insana yardımçı olur. Ucadan mütaliyə həm də dildəki qüsurları aradan qaldırır və diksiyanı yaxşılaşdırır.

İnsan yaddaşını möhkəmlətmək üçün müəyyən məşqlər də edə bilər. Məsələn, bir otağa daxil olub, otaqda 5 dəqiqə ərzində olan əşyalara diqqət yetirmək lazımdır. Həmin otaqdan çıxandan 2 saat sonra gördükləri xatırlamağa çalışmaq yaddaş pozğunluğunu tədricən aradan qaldırır.

Bundan başqa, asanlıqla həll edə biləcəyiniz riyazi əməliyyatlar da beyindəki problemləri aradan qaldırır. Məsələn, toplama, çıxma, vurma və yaxud bölmə kimi asan bir misal həll etmək beyinin məşq etməsinə, zehnin möhkəmlənməsinə kömək edir

ŞƏRH YAZIN