Ölən Insanın Qol Saatı Niyə Dayanır?

0
6813
Ölən Insanın Qol Saatı Niyə Dayanır?

Ölən insanın qol saatı niyə dayanır?

Fiziklər sahibinin ölümündən sonra saatın dayanma səbəbini izah ediblər.
 
Parapsixoloqlar bu fenomeni insanın çıxardığı güclü psixiki enerjinin təsiri ilə əsaslandırsa da, fizik alimləri bunun izahına dair başqa təklif irəli sürüblər.
 
Məsələ burasındadır ki, insan sol qolunda uzun müddət dəmir materialdan olan saat daşıyırsa, o, həmin şəxsin elektromaqnit sahəsinin tərkib hissəsinə çevrilir. İnsan orqanizminin bütün enerjisi qolda saat mexanizminə axır. Elektronikada üzərinə enerji toplayan bu detal terminator adlanır. Bir neçə aylıq istifadədən sonra qol saatı sahibinin enerjisini özünə cəlb edir və həmin şəxs öldükdən sonra saat da fəaliyyətinə son verir.
 
Fransa kralı XIV Lüdovik hollandiyalı usta Xristian Güygensdən çox bahalı hədiyyə saatı almışdı. 1715-ci ilə qədər saat normal işləyib, ancaq sentyabrın 1-i saat 07:45-də dayanıb, çünki bu zaman kral vəfat etmişdi.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN