Hər ölkənin öz qanunları, öz qadağaları var. Bu qadağaların əksəriyyəti normal sayılsa da, bəziləri qulağa belə qəribə səslənir.
Məsələn, Səudiyyə Ərəbistanında qadınların səsverməsi qadağandır. Zərif cinsin nümayəndələri burada maşın sürmək hüququndan da məhrum ediliblər. Qadınlar kişilərin icazəsi olmadan ölkədən kənara çıxa bilməzlər. Bu qadağa o qədər irəliləyib ki, hətta kişilərin mobil telefonlarına onların ailə üzvləri olan qadınıların ölkəni tərk etməsi haqqında mesaj gəlməsi barədə qanunun qəbul edilməsidə gündəmə gəlib.
Somalidə "El Şəbab" hərəkatı “sambusak” adlı ücbucaq yeməyi (tərəvəz, pendir və ya ətlə doldurulmuş xəmir yeməyi) qadağan edib. Səbəb isə onun xristianlıq simvoluna bənzəməsidir.
Qadağalar deyəndə İranı da unutmaq olmaz. Ən maraqlı qadağalardan biri isə ötən həftə gündəmə gəlib. Belə ki, parlament azan oxunarkən təyyarələrin uçusunu qadağan edib.
Amma İranın qadağaları bununla bitmir. Bu ölkədə qadınların dar şalvar geyinməsi, kişilərin saçlarına jele sürtməsi, it saxlamaq və gəzdirmək, qadınların kişilərin futbol matçalırını izləməsi (hətta kino salonlarda belə) qadağandır.
"Simpsonslar" və "Barbi" gəlincikləri də qadağalar siyahısındadır. Bu oyuncaqları qadağan edilməsinin səbəbi isə qərb mədəniyyətinin yayılmasınmın qarşısını almaqdır.
Çində isə qərbə aid olan sosial şəbəkələrə giriş yasağı var. Bunun üçündə bu nəhəng ölkənin özünəməxsus "Twitter" və "Facebook"u var. Burada həmçinin xarici serialların yerli varinatlarını çəkmək, yerli filmlərdə ailə münaqişələrinə geniş yer vermək qadağandır. Tarixi filmlərdə isə zarafat və gülüşə yer yoxdur