Xoşbəxtliyin Üçün Çalış!

0
3967
Xoşbəxtliyin Üçün Çalış!

Heç kəs əmək sərf etmədən və ya bir təsadüf nəticəsində xoşbəxt ola bilməz. Bunun üçün siz səy göstərməli, addımlamağı bacarmalısınız. Əsas müəyyən problemdən sonra özünü bərpa etmək bacarığıdır. Daha dəqiq desək "nədən başlamalıyam" şüarıdır. Bəzi psixoloqlorun düşüncəsinə görə bu, depressiyanın əsas silahıdır. Yapon ata sözünü yada salsaq "yeddi dəfə yıxıldınsa, səkkiz dəfə qalx" bu düşüncəni tam özündə əks etdirir. Sizə səkkiz təklif edəcəyik. Siz bunları həyat vərdişinə çevirə bilsəniz, həyatın çətinliklərinə daha asan sinə gələ bilərsiniz.
1.Digərlərinin sizin haqda nə düşündüyünü fikirləşməyin. Xoşbəxt insanlar əhvalları pozulmasın deyə neqativ insanların təsirinə düşmürlər. Belə insanların nə deməsindən asılı olmadan fikir vermirlər. Onlar əmindirlər ki, ləyaqətli adam çatışmazlığı olmayan deyil, ləyaqəti olan adamdır.
2. Hər şeydə yaxşını görün. Hər pisdə nəsə yaxşı var. Xoşbəxt adamlar mövcud durumda müsbət bir şey görmədikdə, özləri bu halı yaradırlar. Onlar heç zaman heyifslənmirlər, nəsə yaxşı şey baş verdisə bu çox gözəldir, pis hadisə baş verdisə bu sadəcə təcrübədir.
3. Həmişə dost sevər və xeyirxah olun. Xoşbəxt insana sizin necə görünməniz və hardan olmanız o qədər də vacib deyil. Onlara lazım olan yanlarında güvənə biləcəyi bir insanın olmasıdır.
4. Daha çox gülümsəyin və pozitiv olmağa çalışın. Biz xoşbəxt olduğumuz üçün gülümsəmirik, biz gülümsədiyimiz üçün xoşbəxtik. Gülümsəmə xoşbəxt insanların əsas üz cizgisidir. Çox vaxt keçirdiyimiz insanlar bizim ətraf mühitə yanaşmamıza təsir edirlər.Pozitiv insanlarla daha çox vaxt keçirtdiyiniz təqdirdə ətrafınızı daha əlvan rənglərdə görəcəksiniz.
5. Dünyada heç kimin ideal olmadığını anlayın. Hər şey qədərində gözəldir. Xoşbəxt insanlar mükəmməlliyə doğru can atmaqlarını idarə edə bilirlər. Onlar anlayır ki, səhv etmə insana məxsusdur və gördükləri işdə hər hansı qüsur olursa, bu hal onları heç zaman ruh düşkünlüyünə gətirib çıxarmır. Əksinə mövcud vəziyyəti daha dəqiq analiz edərək qüsursuzluğa daha bir addım yaxın olurlar.
6. Məqamında qərar vermək. Xoşbəxt insanlar axşamı, həftə sonunu, səhəri, yayı və.s gözləmir onlar məqamında görüləcək işi görürlər. Ən dəhşətli səhv yaşadığını düşünməkdir, amma əslində gözləmə otağında oturub hansısa möcuzəni gözləmək də budur.
7. Ətraf mühitə öz töhvənizi verin. Özünü xoşbəxt his etmə yollarından biri ətraf mühitinizi dəyişməkdir. Bunu etmək üçün dünyanı xilas etmək və ya vulkan püskürməsinin qarşısını almağa ehtiyac yoxdur. Sadəcə yanınızda əyləşənə gülümsəyə bilərsiniz.
8. Öyrənməyə davam. Xoşbəxt adamlar daima axtarışdadır. Onlar hər an yeni nəsə öyrənməyə çalışırlar. Həmişə bizim bilmədiyimiz yeni məlumatla rastlaşmaq olar. Sadəcə axtarışda olmaq lazımdır. Hayatsevərliyimiz enerjimizlə bağlıdır, müsbət enerji bizim düşüncəmizə təsir edərək həyatımızı daha da rəngarəng edir.
Həyatınızda adi özü-özünə yaranan kiçik zövqlü anları qiymətləndirin. Məsələn, qışda dondurma yemək, pişik sığallamaq və ya təsadüfən göy qurşağını görmək. Bu, doğurdan da, həyatınıza rəng qatacaq məqamlardı. Sahib olduğunuz hər şeyə minnətdar olun, xoşbəxtlik bundan başlayır.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN