Onlar Əsəbləşərsə ...

0
972
Onlar Əsəbləşərsə ...

Əsəbləşmək kişilərə heç düşmür. Əsəb onlarda qamət əyilməsinə səbəb olar, məntiqli düşünməsinə mane olar.

İspaniyanın Valensiya universitetinin apardığı araşdırmalara görə kişilərin əsəbiləşməsi onların qamətlərinə mənfi təsir göstərir. Sağlamlıq baxımından çox da nəzərə alınmayan sinir hücumları hormonal ahəngdə böyük təxribatlara yol açır. İnsan sağlamlığının ən böyük düşmənlərinin əsəb və stress olduğuna dair alimlər mütəmadi olaraq xəbərdarlıq edirlər.
 
Təcrübələr nəticəsində məlum olub ki, əsəb ürək döyüntülərini artırır, arterial damarlarda gərginlik yüksəlir. Sinir sistemində ardıcıl olaraq zəncirvari reaksiya kimi artan bu proses sonda hormon testerlərini çox yüksəldir. Əsəbdən sonra yaşanan gərginliklərə o qədər fikir verilməsə də, onların mənfi təsirləri böyükdür. Həmçinin əsəb kişilərdə beyinin məntiqli düşünməsinə də imkan vermir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN