Osmanlı padşahlarının xobbiləri

0
5495
Osmanlı padşahlarının xobbiləri

Fateh Sultan Mehmetin bağbanlığa xüsusi marağı olub. Bu peşədə iddialı idi və ona görə də boş vaxtlarının çoxunu bağbanlığa ayırıb, bundan da böyük bir həzz duyub.

 
I Mahmud Hilalcı zərgər idi. Əsərlərini bazarda satdırır, əlinə keçən pullarla sədəqə verir, kiçik ehtiyaclarını qarşılayır, bundan da böyük həzz alırdı.
 
II Əbdülhəmidin at minmək, üzmək, atıcılıq kimi maraqları var idi. Silahdan istifadə etməkdə mahir idi. Nişan alaraq adını yazır, medalları ortasından vururdu.
 
II Bəyazitin oxçuluğa çox böyük marağı olub. Belə ki, ölkədəki ox və yay emal edən ustaları da İstanbula yığmış və onlara xüsusi bazar belə tikdirmişdi.
 
III Mehmet qaşıq ustasıydı. Xəttatlığa maraqğı olub. İddialı bir şair idi, 2-si ərəbcə, 2-si farca olmaqla 4 divanı var.
 
Qanuni Sultan Süleyman yaxşı geyinməyi sevirdi. Atası kimi zərgərliyə marağı olub.
 
I Əhməd atası kimi qaşıq ustası idi.
Yavuz Sultan Səlimin xobbisi zərgərlik olub. Şeirə böyük maraqğı olub. Necə ki, bəzi Türkcə şeirləri ilə yanaşı, farsca divanı da var və Almaniyada çap edilib.
 

ŞƏRH YAZIN