Özdemir Asafın söz xəzinəsindən ...

0
5250
Özdemir Asafın söz xəzinəsindən ...

 *Eşq; görməkdən çox darıxmağı sevər, Toxunmaqdan çox arzulamağı.. Və eşq elə xaindir ki; Harada qeyri-mümkün varsa gedər onu sevər.


*Son istəyin nədir? sualı çox çox asandır, ilk istəyin nədir? sualından. Çünki, o sualı kimsə kimsədəm soruşa bilmədi qorxusund

*Bir qadının alnı dodaqlarından daha qiymətlidir." Çünki dodaqlarından töküləcək olan 'səni sevirəm' sözü, Əvvəldən alınına yazılmışdır...

*Dürüst kobud ol, süni hörmətli olma.

*Tək şəxsiyyətdən idimi ki bu şəhər ? Sən gedincə bomboş qaldı...

*Mənə toxunmayan ilan min il yaşasın. Bu ilan təbiətdəki ilandır, cəmiyyətdəki deyil. Səhv başa düşülür.

*Bu heyvan o qədər vəhşi ki.. Onun öhdəsindən ancaq insan gələ bilər.

*İki növ nöqtə var ; biri önünə və ardına baxar , biri ardına baxmaz ardını nöqtələyər.

*Azadlığı əlindən alınan uşağa böyük deyərlər.

*Xoşbəxt edə bilməyəcəksənsə, məşğul da etməyəcəksən. 

*Bir səni görsün istəyirsənsə gözüm, bir məni görməlidir gözün.

*Gözlə dedi getdi; Mən gözləmədim, o da gəlmədi. Ölüm kimi bir şey oldu amma kimsə ölmədi.

* Əgər yalan idisə hər şey, buraxsaydın elə qalsaydı. Mənə son yalanın "məndə səni sevdim" olsaydı.

*İkiüzlünün dilində dad, ürəyində isə fəsad gizlidir.

*Nə pul istəyirəm nə də marka. Tək bir istədiyim var, o da yalansız bir qul.

* İki variantın var; ya qal, ya getmə ! 

*Mən ölsəydim, o bəlkə ağlayardı. Amma o ağlasaydı; Mən ölərdim...

*Baxarkən qıya bilməməkmi, Yoxsa baxdıqca doya bilməməkdirmi eşq?

* Sən qalırdın, gedə gedə, Mən gedirdim, qala qala.

* Mənim ən sevdiyim söz ,"sən"dən eşitdiyim "mən"dir. 

*İnsanmı pula bağlı, pulmu insana bağlı ? Bu, insana bağlı.

* İnsansız ədalət olmaz...Ədaletsiz insan olarmı? Olar, olmaz olarmı! Amma, olmaz olsun. 

*Kim bilir neçə sevgili ayrı yataqlarda, Bir-birinə sarılaraq yatır.

*Gəlməyin bir yaxşılıqdır deyəcəkdim... qapını həmişə başqaları açdı. 

* Təklik çöldən gəlməz; insanın içindədir.

* Bəzən dözməkdir sevmək; həyat hardan vursa vursun ayaqda dayana bilməkdir… Bəzən yaşamaqdır sevmək; nəfəssiz ciyər kimi sevgisiz ürəyin dayanacağını bilmək… Bəzən ağırdır sevmək; sevdiyinə layiq ola bilmək… Və bəzən həyatdır sevmək; birini çox uzaqdaykən belə, ürəyində daşıya bilmək…

*Artıq mənim xoşbəxtlik deyilən bir anlayışım olmayacaq. Daha bədbəxt olmamaq üçün...

* Ağlamaq Unutmaq qədər asandır inan. ..Sevin ağlaya bilirsənsə. Sevin ağlayırsansa. ..Gül ağlaya bilirəm deyə, Gül ağlayıram deyə Sənə bir şey edə bilmərəm Ağlaya bilmirsənsə! 

* Özünə gəl ! Səni orada gözləyirəm.

*Təklik paylaşılmaz, paylaşılsa təklik olmaz.

*Məni elə bir yalana inandır ki ömür tərəfindən sürsün doğruluğu.

*Gerçək dəyər; gəlməsi boşluq dolduran deyil getməsi boşluq yaradandır.

*Bir sevgini anlamaq, bir həyat xərcləməkdir... Xərcləyəcəksən!

* Bir gün məndə şikayət etdiyin nə varsa, Darıxacaqsan! 

* Səni, Sənsiz də sevə bilirəm.

* Deyilə bilmir çox şey, susmadan.

* Kimdən soruşsam, "Mən sənin xoşbəxtliyini istəyirəm" dedi. Nə qəsdiniz vardı xoşbəxtliyimə, anlamadım getdi..

*Eşq; iki adamın küçə döyüşünə bənzəyər, Çünki ayıran həmişə bir başqasıdır

*Halbuki nə çox ağladım mən bir damla yaş tökmədən...

*Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın isə tək.

*Gözlə desəydin, gəlməyəcəyini bilsəm belə gözləyərdim...

*Yuxunun içində bir yuxu, yuxumda bir gecə, gecədə mən... Bir yerə gedirə... Ağılımda sən...

* Adının üstünə xatirələr qoyma Sən məzar deyilsən. Xatirələr adının ardından gəlsin Sən divar deyilsən...

*Bir sözə min məna yüklədiyim zaman sənə səslənəcəyəm.

*Mənimlə ömür keçərmi ki dedim. Sənlə keçirməyə ömür yetərmi ? dedi. Söz mənə bir ömür çatdı.

* Dost gerçəkləri.. Düşmən maraqlarına uyğun gələni.. Dəli ağızına gələni.. Aşiq içindən keçəni söyləyərmiş.

*Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir.

*Sil ağızının kənarını, yenə gülüşündən cənnət axır...

*Ağızında yalan varkən danışma! 

*Nə vaxt qeyri-mümkünü sevsən, o zaman gerçək sevərsən.

*Evlilik, iki şəxsiyyətlik təklikdir.

*Mənim söyləmək üçün çırpındığım gecələrdə, siz yox idiniz. 

*Sevilənin səhvi görünməz, sevilməyənin görünüşü səhvdir.

*Dünəniylə məşhur insanlar bu gün gün üzü görməzlər.

*Deyilə bilmir çox şey, susmadan..

*Yolun gələcəyini çəkdim, keçmiş kimi.

*Bu günə ən uzaq gün, dünəndir

*Ölə bilərəm bu gənc yaşımda, Ən gözəl şeirlərimi söyləmədən apara bilərəm.

*Hər qorxan qaçmaz. Amma hər qaçan, qorxaqdır.

ŞƏRH YAZIN