Poçt markasının tarixi!

0
3382
Poçt markasının tarixi!

 Heç məktub yazıb uzaqlara göndərmisinizmi? Əgər yazmısınızsa, heç üzərində markaya diqqət yetirmisiniz? Sözümüzün canı var. Mövzumuz məhz o markalardır. Poçt markaları.


Qeyd edək ki, Avropada orta əsrlərdən bəri yolların etibarlı olmaması üzündən, məktubun daşıma ödənişini alıcı tərəfindən ödənirdi. Bu da çox vaxt maraqlı və bəzən də çıxılmaz vəziyyətlərə gətirib çıxarırdı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Laurens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər. Lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Royland Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.

1840-cı ildə Londondakı İngilis Poçt İdarəsinin sonradan rəhbəri olan Royland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü.

Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi.

Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. 

Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi. Belə ki, 1837-ci ildə R.Hill Londonda "Poçt idarəsinin (müəssisəsinin) reformu, onun əhəmiyyəti və həyata keçirilməsi" adlı layihəni dərc edib. O, ölkə üzrə poçtu vahid şəkilə salmağı - məktubun üzərinə poçt markası və möhür vurularaq yola salınması layihəsini xüsusi qeyd edib. Qeyd edək ki, reformda parlament üzvlərinin və saray əhlinin poçtdan pulsuz  istifadəsinin ləğv olunması da təklif olunub. R.Hill bu bəndə görə öz reformunun həyata keçirilməsi uğrunda mübarizəsini 3 ildən artıq davam etdirmiş və nəhayət istəyinə nail olub.

Kraliça Victorianın şəkilini daşıyan ilk poçt markası 158 min ədəd basıldı və 6 May 1840-cı il tarixində satışa təqdim edildi. 

Beləliklə, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlayıb. Bununla da demək olar ki, Royland Hill poçt markasının "atası" kimi tarixə düşüb. Onu İngiltərədə "mister poçtalyon" adlandırırlar.

Üzərində Mavrikiyanın təsviri olan marka dünyada uzun müddət ən qiymətli markalardan biri hesab olunub. Hazırda onun dəyəri təqribən 15 milyon dollardır.

R.Hill markanın gələcəkdə daha geniş şəkildə yayılacağını təsəvvür etməzdi. Belə ki, sonralar marka 1843-cü ildə Braziliya və İsveçrədə, 1847-ci ildə ABŞ-da, 1849-cu ildə Belçika, Almaniya, Fransada, 1850-ci ildə Avstriya, Avstraliya, İspaniyada, 1851-ci ildə Danimarka, Kanadada çap edilməyə başlanılıb. İlk markaların üzərində bir qayda olaraq pul vahidlərinin və ölkə rəhbərlərinin şəkilləri təsvir olunub.

ŞƏRH YAZIN