Fəlsəfənin Sahələri

0
2422
Fəlsəfənin Sahələri

Fəlsəfə özündə 5 tədqiqat və mülahizə sahəsini birləşdirir:

Məntiq-təfəkkürdə və tədqiqatda ideal metodlar haqqında təlimdir. Müşahidə və intrespeksiya, deduksiya və induksiya, hipotez və eksperiment, analiz və sintez-bütün bunlar məntiqin başa düşmək və əldə əsas tumaq istədiyi insan fəaliyyətinin formalarıdır. Məntiq bizim çoxumuz üçün darıxdırıcı təlimdir və təfəkkür tarixində bu vaxta qədər baş verən böyük hadisələr insanın təfəkkür və tədqiqat metodlarını mütamadi olaraq yaxşılaşdırmaqdadır.
Fəlsəfə haqqında estetika-ideal forma və yaxud gözəllik haqqında təlimdir; bu sənətin fəlsəfəsidir.
Etika-ideal davranış haqqında təlimdir; Sokrat deyirdi ki, ən yüksək bilik, xeyir və şər, həyatın hikməti haqqında bilikdir.
Siyasətşünaslıq-cəmiyyətin ideal bir qaydada təşkilatlanması haqqında təlimdir. (bu, bəzilərinin düşündüyü kimi işğal etmə və hakimiyyəti qoruyub saxlama sənəti və elmi deyildir); monarxiya, aristokratiya, demokratiya, sosializm, anarxizm, feminizm-bütün bunlar, siyasi fəlsəfənin, necə deyərlər, personajlarıdır.
Metafizika-hər bir şeyin "son reallığ"ı haqqında təlimdir. Bu fəlsəfənin digər formalarından fərqli olaraq heç də real olanın ideal işığında nizama salınmasından ibarət olmadığı üçün bir sıra çətinliklərə gətirib çıxarır. Metafizika, materiyanın real və son təbiətinin tədqiqi olmaqla antologiyadır; ruhun və son təbiətinin tətbiqi olmaqla isə fəlsəfi psixologiyadır, qavrayış və idrak prosesləri zamanı materiyanın və ruhun qarşılıqlı münasibətlərinin real və son təbiətini öyrənərkən isə epistemologiyadır (yunanca,mənası: idrak nəzəriyyəsi).
 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN