Uşaqlarınızı duzdan uzaq tutun!

0
1667
Uşaqlarınızı duzdan uzaq tutun!

Uşaqlarınızı duzdan uzaq tutun! 


Yeni tədqiqatlara görə, İngiltərədə yaşayan uşaqlar ifrat dərəcədə duzlu qida qəbul edir. Bu duzların çoxu isə çörəklər və digər taxıl məhsullarından gəlir. Əslində uşaqlar gün ərzində bir çay qaşığından az duz qəbul etməlidir. Lakin "Hypertension”da yayımlanan məqalədə isə bunun əksi olduğu, 340 uşaqdan 70 faizinin bu miqdardan artıq duz qəbul etdiyi yazılıb. Bu haqda Movqe.Az BBC-ə istinad edir.
 
Uşaq pəhrizlərində çörək və digər taxıl məhsulları duzun üçdə birini ehtiva edir.  Beşdə birini ət və onda birini süd məhsulları təşkil edir. Səhiyyə Nazirliyi bildirir ki, istehsalçıların duz miqdarını məhsullarında azaltma kodu könüllüdür, lakin daha çox inkişaf lazımdır. İstehsalçılar isə bir  çox məhsullarında duz miqdarını azaltdıqlarını bildirir.
 
Tədqiqatlar göstərir ki, duz miqdarının artıq dərəcədə qəbul olunması gənc yaşda yüksək qan təzyiqi yaradır və bu yüksək qan təzyiqi də ürək xəstəliyi və infarkta səbəb ola bilir.
 
Tədqiqatı aparan Professor Qraham Mak Qreqor valideynlərə uşaqlarına daha təbii tərkibi olan məhsullar yedizdirmələrini, qablaşdırılmış qidalardan mümkün qədər uzaq tutmalarını məsləhət görür.  
 
O, qida istehsalçılarına da məhsullarında duz miqdarını azaltmağı məsləhət görür. Çünki 1 qram duz miqdarının azaldılması minlərlə uşağın həyatını xilas edir. 
 

ŞƏRH YAZIN