Pozitiv Düşüncə Faydalıdır!

0
2861
Pozitiv Düşüncə Faydalıdır!

Hadisələrə pozitiv baxmaq, bütün beynini pozitiv düşüncələrlə doldurmaq insana idmandan da çox fayda verirmiş. Alimlərin apardığı bir araşdırma ilə yaşlı dövrdə pozitiv düşüncə tərzi və neqativ stereotiplərdən kənar durmağın fiziki sağlamlıq üçün faydalı olduğu məlum olub. Pozitiv düşüncə ahıl insanların səhhətini yaxşılaşdırır.

Yaşı 60-80 arası olan yüzlərlə adamı 4 həftəlik tədqiqata cəlb ediblər. Onlara 15 dəqiqə ərzində müxtəlif mövzulu videolar göstəriblər. İştirakçıların bəzilərinə "25-ci kadr" vasitəsi ilə pozitiv fikirlər aşılayıblar.

Digər qrup istifadəçilərdən isə xahiş ediblər ki, aktiv həyat tərzi ilə bağlı qısa esselər yazsınlar. Tədqiqatın sonunda birinci qrup insanların səhhətində əhəmiyyətli yaxşılaşma olduğunu görüblər.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN