Qadınlar Ən Çox Bu Sahələri Seçir

0
1897
Qadınlar Ən Çox Bu Sahələri Seçir

1. Moda
Əvvəlki sahələri izah edərkən fiziki gözəllik, yüksək qadın nisbəti, güclü şəxsiyyətlər və özünü göstərməkdən bəhs etdik. 1 nömrəli sahə üçün bu xüsusiyyətlərin hamısını sayaq və üstünə də supermodelləri əlavə edək. Moda sənayesi yalnız supermodellərlə deyil, onlardan başqa müvəffəqiyyətli qadın dizaynerlər, modelyerlərlə doludur. 
 
Cinsiyyətlərinə görə ayrılan işlər artıq keçmişdə qaldı. 2007-ci ildə Birləşmiş Ştatlarda iş qüvvəsinin 47%-ni qadınlar təşkil edir və 2016-cı ilə qədər bu faizin 49% olması gözlənilir. 
 
2. Təşkilatçılıq 
Görkəmli və qərarlı bir qadından, bundan daha artıq heç nə gözləmək olmaz. Təşkilatçılıq sahəsində çalışan üçün bu ən vacib xüsusiyyətlərdir.Toy, parti və ad günü təşkilatçılığı həmişə tam və qüsursuz olmalıdır. Bu sahəyədə qadınların hakim olduğunu əlavə etsək, bu sahənin də niyə 2-ci olduğu ortaya çıxır. 
 
3. Kosmetika 
Gözəllik qadınların işidir. Bu sahədə işləyən məşhurlara nəzər yetirək: Jessica Alba, Sarah Michelle Geller, Jennifer Love Hewitt, Liya Kebede, Eva Longoria, Liv Tyler, Qata Winslet, Zhang Ziyi. Bu qadınların gözəl olduğunu düşünürsünüzmü? 
 
4. Komminikasiya ilə bağlı peşə sahələri 
Gözəlliyin satışı artırdığından bəhs etmişdik. Bir neçə sahəni birləşdirən satışa çıxarmaq, insan əlaqələri və reklam – bu sahə özünü təqdim etməyin əhəmiyyətini bilən ağıllı və gözəl qadınlarla doludur. Nəticədə imic onların işidir. Lisans dövründə kommunikasiya sahəsində kurs keçənlərin 64%-i qadındır. 
 
5. Mətbuat işçisi 
Qadınların oxumağı çox sevdiyi sirr deyil. AP-in son araşdırmasına görə qadınlar ildə 9 kitab oxuyurlar, kişilər isə cəmi 5 kitab da oxumaqla kifayətlənirlər (söhbət kitab həvəskarlarından getmir). Bundan başqa, romanların 80%-i də qadınlar tərəfindən oxunur. Bu demək olur ki, nəşriyyat sahəsində olan birinin mütləq qadın pərəstişkarları olur. Lakin bu sahənin 10luqda olmağının səbəbi nəşriyyat sahəsində təhsilli və yaradıcı qadınların çoxluğudur. 
 
6. Bank işi 
"Qadınların pul anlayışı yoxdur" deyiminə inanan var görəsən? Hər hansı bir bank şöbəsinə girin, içəridə kişi işləyənlərə nisbətlə daha çox qadın işçilər görəcəksiniz. Statistics Canadanın araşdırmasına görə 2005-ci ildə bank sektorundakı işçi qüvvəsinin 70%-i qadınlara aiddir. Bundan başqa banklar imicə də çox əhəmiyyət verdikləri üçün bankda işləyənləri qəşəng və gözəl görünməlidir. 
 
7. Restoran 
Gözəl qadınlar çöldə yeməyi sevir, qadınlar yeməklərinin 18%-ni restoranlarda yeyirlər. Necə kişinin ürəyinə gedən ən qısa yol mədəsindən keçirsə, qadının ruhuna gedən ən qısa yol da şirniyyatdan keçir. Restoranda işləyən qadınları həmişə gülərüzlü və istiqanlı görməyimizin səbəbi də məhz budur. 
 
8. Satış 
Cazibədar görünüş, satışı artırır. ABŞ-da satış nöqtələrinin 34%-i və xidmət işlərinin 20%-i qadınların əlindədir. Məlumatlara görə, satıcıların 28%-ni qadınlar təşkil edir. 
 
9. Hava yolları 
Təxminən 25-32 yaşlarında qadınlar bu sahəyə daha çox maraq göstərir. Bu gün vəzifəlilərin 80%-ni qadınlar təşkil edir. Hava yolu firmalarının gözəl görünüşlü qadınlara əhəmiyyət verməsi də bu sahənin siyahıda yer tutmasına gətirib çıxarır. 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN