Qadınlar Kişilərdən Nə Öyrənməlidir?

0
2081
Qadınlar Kişilərdən Nə Öyrənməlidir?

Qadınlar və kişilər özlərinə məxsus unikal keyfiyyətlərə malikdirlər. Kişilər fiziki qüvvə, alicənablıq və qürur, qadınlar isə gözəllik və nəzakət varlıqlarıdır. Buna baxmayaraq, qadınlara nisbətən kişilərin daha yaxşı mənimsədiyi bir sıra keyfiyyətlər var: 

Emosiyaları idarə etməyi bacarmaq 

Qadınlar hər zaman məsələləri dramatikləşdirməyə meyillidirlər. Bu aydındır ki,qadınlar həssas məxluqlardırlar, lakin bəzi məsələlərə həddən artıq emosional yanaşmaqdan boyun qaçırmaq hamının ümumi rifahı üçün daha məqsədəuyğundur. 

Daha realist olmaq 

Qadınlar daha xəyalpərəstdirlər və çox vaxt özləri qurduqları xəyallara özlərini inandırdıqları üçün bu onların reallığı görmələrini çətinləşdirir. Bu, daima pozitiv olmaq üçün mükəmməl olsa, da açıq şəkildə çatışmazlıqlarını və səhvlərini qəbul etməyi rədd etməklərinə səbəb olur. Səhvlərini qəbul etmək və onlarla yaşamağı bacarmaq qadınların öyrənməli olduğu bir şeydir. 

Daha cəsarətli olmaq 
 
Həyat yalnız risk etməyi bacardıqda daha əyləncəli hala gəlir. Qadınlar həyatın ən kritik anlarında riskə getmək əvəzinə sadəcə, geri çəkilməyi seçirlər. Kişilər qadınlara nisbətən riskə getməyə daha çox meyillidirlər. 

Daha az gərginlik 

Qadınlar həmişə bütün detallara çox diqqətlə yanaşırlar. Onlar ən xırda məsələləri belə həddən çox analiz edir və mürəkkəbləşdirirlər. Detallara qarşı diqqətli olmaq yaxşı xüsusiyyətdir, lakin qadınlar buna məhdudiyyət qoymağı da bacarmalıdırlar. 

Sürücülük 

Xanımların xətrinə dəyməsin, lakin onlar avtomobil sürməyə tamamilə vərdiş etməyi heç vaxt bacarmırlar. Onlar maşınları park etməkdə çətinlik çəkirlər. Bu qadınların kişilərdən öyrənməli olduğu praktiki xüsusiyyətlərdən biridir. 

Hamını bağışlamaq 

Kişilər heç vaxt kin saxlamırlar. Onlar ən böyük mübahisələrini belə unutmağı bacarırlar. Qadınların kişilərdən öyrənməli olduğu keyfiyyətlərdən biri də kin saxlamamaqdır. 

Texnologiya biliyi 

Qadınlar və texnologiya çox vaxt bir – birilə uyğun gəlmir. Kişilər texnologiya haqda öyrənməyə daha çox maraq göstərərkən, qadınlar ondan uzaq durmağı üstün tuturlar. Halbuki qurğular haqda daha çox şey öyrənmək onlar üçün daha faydalı ola bilər. 

Yumor hissi 

Kişilər bütün növ zarafatlara açıqdırlar, lakin qadınlar bunu o qədər də rahat qarşılaya bilmirlər. Qadınlar öz yumor diapazonlarını yüksək tutaraq daha çox əylənə bilərlər. 

Şübhəsiz ki, qadınlar son dərəcə xüsusi varlıqlardırlar. Onlar elə keyfiyyətlərə sahibdirlər ki, kişilər hətta bunu dərk etməkdə belə çətinlik çəkə bilərlər. Lakin onlar yuxarıda sadalanan bəzi keyfiyyətləri mənimsəsələr daha mükəmməl olmağa doğru yol alarlar. 
 
Korrektə etdi: Günel İbadova

 

ŞƏRH YAZIN