Qadınlar, Qadınlar ...

0
2557
Qadınlar, Qadınlar ...

"Qadınlar həmişə özlərinin açmadıqları yaralara ağlayarlar". Jean Anouilh

"Qadınlar maraqlı varlıqlardır: ya ağıllarında heç bir şey yoxdur, ya da ağılları başqa yerdədir". Alexandre Dumas

"Qadınlar fövqəladədirlər. Ən kiçik üstünlüklərindən belə istifadə etməyi bilərlər. Kimi gəzmə formasından, bir başqası yaxası açıq paltarından, bir üçüncüsü isə qıçlarından. Hətta ağlından belə istifadə edənləri vardır". Tristan Bernard

"Çirkinlik təbiətin səhvidir, ancaq bu qüsuru daşıyan qadın onun fərqinə varan hər kəsi bunun üçün cəzalandırar". M. Chatelet

"Gözəl qadınlardan ağıllı olmalarını gözləyə bilmərik, ancaq ağıllı qadınların çirkin olmalarını əsla bağışlamarıq". Jean Mistler

"Çirkinlik bir qadını bədbəxt edərkən, digər bütün qadınları sevindirən bir qüsurdur". Pierre Veron

"Qadın ərini daha az sevməli, lakin daha çox anlamalıdır; kişi arvadını daha çox sevməli, lakin anlamağa çalışmamalıdır". Oscar Wilde

"Bir gənc qız 24 yaşına qədər həyatının kişisinə rast gəlmədisə, dünyada ondan şanslı insan yoxdur..." Deborah Kerr

"Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim. Arvadım bu inancımı tamamilə yox etdi..." Jack Lemmon

"Bir qızın daha ağıllı görünmək yerinə daha gözəl görünməyi seçməsi təbiidir. Çünki kişilər də hər vaxt olduqlarından daha nəzakətli görünərlər..." Farah Fawcett

"Zəfər döyüşdə qovan, eşqdə isə qaçan kişinindir..." Napoleon Bonapart

"Sevgilim doğrunu söylədiyinə and içsə, ona inanaram. Yalan danışdığını bildiyim halda..." William Shakespeare

"Saat 7-də görüş verib, 9-da gedin. Yollara düşməmişsə, artıq sizi sevmir deməkdir..." Marlene Dietrich

"ABŞ-ın birinci ledisi maaş almayan tək dövlət məmurudur və bir tək adam tərəfindən seçilər: Əri..." Nancy Reagan

"Heç bir qadın eyni kişiylə 50 il evli qala bilməz. 25 il sonra, o artıq eyni kişi deyil..." Bob Hopenin həyat yoldaşı Dolores Hope

"Qadın fil kimidir. Hər kəs baxmağı sevər. Amma kimsə evində bəsləmək istəməz..." Warren Beatty

"Çılpaq sinə modasından nifrət edirəm. Bir hədiyyə almağın ən gözəl anı paketi açmaqdır..." Jaymes Caan

"Bir kişinin sevib, sonra buraxmasında heç problem yoxdur. Təbii ki, yaxşı şeylər buraxmışsa..." Ova Gardner

"Qadını əsla kiçik görməyin. Təbii yaşı və çəkisi xaricində..." Shelley Winters

"Geniş ailələrin gücünə inanaram. Bu səbəblə bir qadının ən az üç əri olmalıdır..." Ali MacGraw

"Bir kişi hər qadınla xoşbəxt ola bilər. Yetər ki, ona aşiq olmasın...!" Oscar Wilde

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN