Qadınlarla Bağlı Maraqlı Faktlar

0
2136
Qadınlarla Bağlı Maraqlı Faktlar

Dünyada 100 milyon daha qadın olarsa, qadın və kişi sayı arasında balans qorunar. Qadınlar haqqında bir çox araşdırmalarla onlar barəsində daha bir neçə maraqlı faktlar ortaya çıxıb: 

1. Qadınların orta ömür həddi adətən kişilərin orta ömür həddindən çoxdur.
 
2. Uşaq dünyaya gətirmə yaşında olan qadınlarda insult və infarkt riski başqalarına nisbətən daha azdır. Çünki həmin yaşda olan qadınların hormonal sistemi daha güclüdür və buna görə də onlar bu təhlükələrdən daha çox mühafizə olunurlar.

3. Qadınlar orta hesabla ildə 30-64 dəfə ağlayırlar. Halbuki kişilər ildə cəmi 6-17 dəfə ağlayırlar.

4. Kişilərə nisbətən qadınların ürəyi daha sürətlə döyünür.

5. Qadınlarda ümumilikdə menstruasiya dövrü onların ömrünün təxminən 4 ilinə bərabərdir.

6. Dünyada hər 90 saniyədə bir hamilə və ya uşaq dünyaya gətirən qadın ölür.

7. Dünyada ən çoxuşaqlı qadının 69 övladı olub.

8. Qadınlarda kişilərə nisbətən daha çox dad reseptoru var.

9. Qadınların eşitmə qabiliyyəti kişilərə nisbətən daha yaxşıdır. Həmçinin toxunma duyğuları və iybilmə də qadınlarda daha çox inkişaf edib.

10. Qadın qaranlıqda daha yaxşı görür. Bundan başqa, qadınlarda periferik görmə daha çox inkişaf edib. Onlar gördüklərini daha asan qavrayırlar.

11. Qadınlarda nəfəs alma zamanı döş qəfəsi əzələləri, kişilərdə isə qarın əzələləri daha aktivdir.
 
12. Arxadan çağırılan zaman qadınlar adətən başlarını çevirirlər, kişilər isə bütün bədənlərini. Buna səbəb isə qadınların boyunlarının daha elastik olmasıdır.

13. Qadınlar gözlərini kişilərdən iki dəfə çox qırpırlar.

14. Dünyada təxminən 20 milyon qadının sinəsi "süni"dir. 250 min qadın isə hər il onun korreksiyası üçün cərrahlara müraciət edirlər.

15. Qadınlarla kişilərin sayı arasında tarazlıq yaratmaq üçün dünyada təxminən 100 milyon qadın çatışmır (doğulanlar arasında oğlan uşaqları qızlardan çoxdur).
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN