Qəmzə ...

0
5537
Qəmzə ...

 Bəzən bir insanın sadəcə gülümsəməsi belə sizə dünyanın ən yaxşı gülüşü olduğunu pızıldayar. Əgər o gülüşdə qəmzə varsa. Qəmzəsi olan gülüşlər insanlara daha başqa cür təsir edir, sanki onu daha uzaqlara aparırmış kimi. Hər kəsdə qəmzəyə rastlanmaz. Bəs kimlərdə olur və necə yaranır? 


Qəmzə adətən bəzi insanlarda genetik olaraq mövcuddur. Valideynlərdən birində qəmzə varsa, 25-50%, hər ikisində olarsa 50-100% ehtimalla uşaqda da yaranır.

Hətta bəzi ölkələrdə yanağında çökək olan qızlar gözəl hesab edilir. Qəmzələrin çoxu doğuş əsnasında yaranan qüsur sayılsa da, sonralar hətta gözəllik elementinə çevrilər bilir. Əsasən yanaqda, çənədə, beldə yaranan qəmzələr bəzən yaş artdıqca itir. O, adətən, üz əzələləri qısa olan şəxslərdə yaranır və gülərkən ortaya çıxır.

Bu zaman bəzi insanların bir, bəzilərinin isə hər iki yanağındakı qəmzə üzə çıxır. Adətən qəmzəsi olanlar gənc ruhlu, uşaqüzlü insan kimi bilinirlər.

ŞƏRH YAZIN