Qeyri Adi Evlilik Adətləri

0
3527
Qeyri Adi Evlilik Adətləri

Hər bir xalqın özünəməxsus evlilik adət-ənənələri var. Bəziləri bizə qəribə görsənsə də,bu adətlər həmin xalq üçün normaldır. Sizə qeyri-adi evlilik adətlərini təqdim edirik :

Nikah zamanı "ayağa basma" ənənəsi ən geniş yayılan ənənələrdəndir. İnanca görə, ailədə məhz ayağa basan adamın hökmü keçəcək.
 
Bolqarıstanın dağlıq bölgələrində isə,nişanlanacaq oğlan qız evinə gələndə qızın qardaşları tərəfindən möhkəm döyülür. Bolqarların fikrincə, bu zaman evlilik uğurlu və sülh içində keçir.
 
Bəzi ölkələrdə isə nişanlı oğlan bir müddət gəlinin ata-anasına xidmət etməlidir. Əks halda qızı oğlana vermirlər.
 
Toya çağırılan qonaqların sayının cüt rəqəm olması çoxları üçün uğur əlaməti sayılır.
 
Bir çox ölkələrdə evlənən cütlüyün üstünə düyü atmaq ənənəsi var idi və bu ənənə çox geniş yayılmışdı. Amma bu ənənə artıq dəyişib. İndi düyü əvəzinə rəngli və müxtəlif formalı kağızlar atırlar.
 
Elə xalqlar da var ki, onlar ev sahibinin toy gününün axşamüstü asqırmasını uğur əlamət sayırlar. Onların fikrincə, bu, şans gətirir.
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN