Riyazi Tənliklər - Beyninizin Xilaskarı

0
3687
Riyazi Tənliklər - Beyninizin Xilaskarı

Texnologiyanın insanı məhv edə biləcək gücə sahib olması bir daha öz təsdiqini tapıb. Belə ki, texnologiyaya nə qədər aludə olarıqsa, o qədər də beynimizdə müəyyən fəsadların yarandığını rahatlıqla hiss edə bilərik. Amerika alimlərinin apardığı araşdırmadan bəlli olub ki, daim sosial şəbəkələrdən ünsiyyət vasitəsi kimi istifadə edən insanların beynində yaranan qalıcı ziyanlar beynin elektrik istehsal edən aktiv hüceyrələrini məhv edir.    

Elektron kitab oxumaqdan yayının .Texnologiya inkişaf etdikcə insanlar bütün gündəlik istifadə etdikləri əşyaları onlara köçürürlər. Buna kitab, qəzet, film və.s kimi istifadə etdiklərimiz aiddir. Mütəxxəssislər isə insanları bu cür vərdişlərdən uzaq olmağa çağırır. Çünki hədsiz texnologiyaya yüklənmək erkən beyin yaşlanmasına səbəb ola bilər.  
 
Texnologiya düşüncə gücümüzü zəiflədir. Ekspertlər texnologiyaya meyilli insanların içində gənclərin çoxluq təşkil etdiyini bildirib. Bu cür alışqanlığın sonu isə sosial aləmdən təcrid olunmaq deməkdir. Üstəlik ekspertlər internet xəttinin yataq otağında olmamasının xeyirli olduğunu bildiriblər. Çünki bu avadanlıqlardan kənara səpələnən şüalar beyin hüceyrələrinin hərəkətlərinə maneələr yaradır. Bu vəziyyətdə isə insan normal düşünə və qərar verə bilmir. Qeyd edək ki, araşdırmaçılar məsləhətlərində beyin hüceyrələrinin məhv olmaması üçün daim riyazi tənliklər etməyin lazım olduğunu bildriblər. 
 
 
 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN