Robin Qud – Əsatir yoxsa Həqiqət?

0
4271
Robin Qud – Əsatir yoxsa Həqiqət?

Xeyirxah quldur haqqında altı yüz ilə yaxın əfsanənin yaşamasına baxmayaraq, alimlər hələ də Robin Qudun həqiqət olub-olmamasını aydınlaşdıra bilməyiblər.


XV əsrin sonlarında “Robin Qud” balladalarını yazmış naməlum müəllif onun haqqında “Robin məğrur quldur idi. Həyatda qorxu bilmədən yaşayır və şən mahnılar sevirdi” deyə təsvir edirdi. Balladaya daxil olan hər dörd hekayənin hər birində oxucu varlılara hücum edən və kasıblara köməklik göstərən “Şən quldurlar” dəstəsinin cəsur başçısı ilə rastlaşır. Birinci novellada Robin xəsis rahibdən qisas almaq üçün özünün sadiq dostu olan cəngavər Kiçik Condan pul borc götürür. İkinci novellada – hiylə işlədərək hamının nifrət etdiyi nottinhemlı şerifi onunla maral ətindən dadmağa məcbur edir, hansı ki, bu maral ətini quldurlar ədalət keşikçilərinin məhəlləsindən tapmışdılar. Üçüncü balladada – Yerli idarəçilərin qanun pozuntularını araşdırmaq üçün gizli şəkildə Nottinhemə libasını dəyişmiş halda gələn şah Eduardı tanıya bilir və onun yanında qulluğa qəbul olur. 1495-ci ildə nəşr edilmiş balladanın son hekayəsində Robinin yenidən quldurluğa döndüyünü və satqın Kirkleyk keşikçilərinin başçısından bəhz olunur, hansı ki, kilsəyə müalicə üçün gəldiyi zaman onu öldürmüşlər.

Robin Qudun bu qədər tanınmasının səbəbini izah etmək çətin deyil. Robin Qud - maddi imkan və vəzifələrindən sui-istifadə edərək, sadə insanları aldadan və əzənlərə qarşı vuruşan məğrur və heç kimdən asılı olmayan bir obrazdır. Bunlara baxmayaraq, o şaha sadiqliyini qoruyub saxlayırdı. Robin Qudun şəxsiyyəti o qədər cəlbedicidir ki, tarixçilər uzun zamanlardır onun eynisini axtarırlar. Əfsanəvi Robinin eynisi ola biləcək bir neçə tarixi şəxsiyyətlər müəyyən edilmişdir. 1228 və 1230-cu illərdə əhalinin yenidən siyahıya alınması zamanı ədalət keşikçilərindən gizlənən «Damdabaca» ləqəbli Robin Qud adına rast gəlinir. Təxminən eyni dövrdə, ser Robert Tvinqin rəhbərliyi altında xalq hərəkatı başlamışdı – üsyançılar kilsələrə hücum edir və qarət etdikləri taxılı kasıblara paylayırdılar. Bununla yanaşı, Robin Qud adının geniş yayılması səbəbilə, alimlərin daha çox üstünlük verdikləri fərziyə - 1160-cı ildə anadan olub, 1247-ci ildə ölmüş, Hantinqton qrafı tituluna namizəd Robert Fitstut adlı şəxs olub. Bir sıra qeydiyyat kitablarında bu tarixlər Robin Qudun yaşadığı dövrlər kimi qeyd olunub, lakin o dövrün yazılı mənbələrində aristokrat üsyançı Robert Fitstut adına rast gəlinmir. Robin Qudun vaxtında hansı şahın olduğunu araşdırmağa çalışsaq, görərik ki, əfsanənin müxtəlif variantlarında müxtəlif ingilis hökmdarlarının adlarının qeyd olunması, Robin Qud haqqında tarixi hekayələrin açıqlanmasını çətinləşdirir. Bu problemlə məşğul olanlardan biri ser Uolter Bouer hesab edirdi ki, Robin Qud 1265-ci ildə III Henrixə qarşı onun qohumu Simon de Monfor tərəfindən qaldırılmış üsyanın iştirakçılarından biri olub. Monforun məğlubiyyətindən sonra üsyankarlardan bəziləri silahı yerə qoymamış və Robin Qud balladalarının qəhrəmanları kimi yaşamağa davam etmişlər. Bouerin yazdığına görə, bu zaman məşhur quldur Robin Qud üsyanda iştirak etdiklərinə görə var-dövlətindən məhrum olmuş və qanuna tabe olmayan adını qazanmış üsyançılar arasında böyük nüfuza malik olmuşdur.

1322-ci ilə aid sənədlərdə Yorkşirdə olan “Robin Qudun daşı” yazısına rast gəlinir. Bu isə o deməkdir ki, Robin Qud həmin dövrlərdə artıq məşhur şəxslərdən idi. 
 

ŞƏRH YAZIN