Sağlam çəkinizi qoruyun!

0
2439
Sağlam çəkinizi qoruyun!

 İş həyatının ağır tempi səbəbiylə günümüzün çox hissəni evdə olmuruq. Bu səbəbdən də yeməklərimizi də çöldə yeməli oluruq. 


Səhərlər bir saat çox yatmaq üçün günün ən əhəmiyyətli payı olan səhər yeməyini belə ofisimizdə edirik. Çöldə yeyilən günorta və axşam yeməkləri isə, ciddi nisbətdə yağ və natrium qəbul etməyimizə səbəb olur və başqa ehtiyacımız olan qida elementləri də bu qidalarda kifayət qədər olmur.

Universal İtalyan Xəstəxanası ev xaricində yeyilən paylar artdıqca kiloların da artdığına və sağlam çəkini qorumağın getdikcə çətinləşdiyinə diqqətləri çəkir. "Sizə geniş menyu alternativi təqdim edən məkanları seçin. Bilmədiyiniz yeməklərin məzmununu ofisiantlardan soruşmaqdan çəkinməyin. Yeməyə tək getməməyə diqqət edin. Yeməkdə yoldaşınızla söhbət edin ya da kitab qəzet oxumaq kimi yemək xaricindəki şeylərlə maraqlanın" - deyə mütəxəssislər bildirir.

"Sezar salatı yerinə, Aralıq dənizi ya da dəniz məhsulları salatını seçin"

Yüngül bir yemək sifariş vermək istəyənlər, az qala hər restoranın menyusunda iştirak edən Sezar salatını seçərlər. Ancaq Sezar salatın sousu bu salatı yeməklər qədər kalorili bir qida halına gətirər. Onun yerinə Aralıq dənizi salatı ya da dəniz məhsulları salatı seçin. İki dilim çörək və turşusuz bir içki ilə həm sağlam, həm də balanslı bir pay yarada bilərsiniz.

"Axşam yeməyə çıxacağam deyə günorta yeməyinizdən imtina etməyin"

Çöldə yeyəcəyiniz gün bir əvvəlki payı atlamayın. Çünki aclığınızı idarə altında tuta bilməsəniz restorandakı menyuların cazibədarlığına daha asan qapılarsınız. Evdə olduğu kimi çöldə yemək yediyinizdə də, özünüzə dörd qida qrupunun bir yerdə olduğu yeməklər sifariş verin. Məsələn, qızartma ət və ya toyuq, yanında yaşıl salat, içki olaraq ayran və 1-2 dilim çörək yeyə bilərsiniz.

"Böyük boşqablarla restoran keyfiyyətini bir tutmayın"

Yeyilən yeməyin boşqab ölçüsü də çox əhəmiyyətlidir. İndiki vaxtda böyük boşqablar restoranın keyfiyyəti ilə bir tutulur, restoran seçərkən seçim səbəbi olur. Böyük boşqablarla yemək xidmət etdiyini bildiyiniz məkanlarda yeməyinizi kiçik boşqablarda gətirmələrini istəyin ya da ehtiyacınız qədərini yeyib qalanını paketləmələrini xahiş edin.

ŞƏRH YAZIN