Saqqızın Miladdan öncəyə dayanan tarixçəsi ...

0
3094
Saqqızın Miladdan öncəyə dayanan tarixçəsi ...

 Saqqız çeynəməyi sevirsinizmi? Bəs heç olmasa ömrünüzdə bir dəfə saqqızı udmusunuzmu??? "Yox" deyirsinizsə, xəta sizdən yan keçdi. Amma əgər cavabınız "bəli"dirsə, o zaman sizə pis xəbərimiz var.


Sən demə, səhvən udulan saqqız bədəndən 10 ilə xaric olur. Kiçik uşaqlar üçün isə, təhlükə daha böyükdür. 10 ilə kimi orqanizmdə qalan saqqız bağırsaqlarda ciddi deformasiyaya səbəb ola bilər.

Tərkibi ləziz, amma həzmi çətin olan qarışıqlardan ibarət olduğu üçün o, orqanizmdə ciddi fəsad törədə bilər.

Qeyd edək ki, tapılmış qətran qalıqlarının araşdırması saqqızın ilk olaraq Miladdan öncə 7000-ci ildə Şimali Avropada 6-15 yaşlılar arasında çeynəndiyini göstərir. Qədim yunanlar nəfəslərini təravətləndirmək üçün ağaclardan əldə etdikləri saqqıza ədviyyatlar qataraq çeynəyiblər.

Saqqızın müasir vəziyyətinə düşməsi isə adi mühəndislik xətası nəticəsində mümkün olub. Belə ki, XIX əsrdə ağacdan rezinə bənzər maddə əldə edilir. 1869-cu ildə Meksikanın sürgündə olan prezidenti Antonio Lopez de Santa Anna Tomas Adamsa saqqız hazırlamasını tapşırır. Həmin maddə quruyanda suda həll olmur və plastikdir.

Adams 1871-ci ildə uzun müddət çeynənilə bilən və parafinlə dadlandırılmış ləziz saqqız hazırlayaraq onun patentini alır. Saqqız bugünkü məşhurluğunu isə Vrigli adlı şəxsə borcludur.

ŞƏRH YAZIN