Səhvən kəşf edilən əşyalar

0
5454
Səhvən kəşf edilən əşyalar

Fonoqraf: 1877-ci ilin yazında Thomas Edison tərəfindən teleqraf siqnallarının qalay və kağız silindrə toxunmasından sonra yaranan səs nəticəsində bu əşya yaranıb.

Post-It Note (qeyd yazmaq): Kimyaçı Dr.Spencer yüngül və yapışdırılıb yenidən qopardıla bilinən bir əşya icad etmişdi. Lakin, bu icadla heç kim maraqlanmamışdı.

Daha sonralar Art Fry adlı digər kimyaçı bir kitab vərəqlərini yapışdırmaq üçün bu yapışqandan istifadə edib və beləcə “Post-It note” ortaya çıxıb.

Vulkanik Kauçuk: Charles Goodyear illərlə isti və soyuğa davam gətirə biləcək rezin düzəltmək üçün çalışmışdı. Lakin, onun böyük kəşfi təsadüfən alovun üstünə kauçuk və kükürd qarışığının tökülməsi nəticəsində meydana gəldi.

Belə ki, həmin qarışıq alovun içində kömür kimi bərkləşmişdi. İndi bu kəşfdən ayaqabılların və rezinlərin hazırlanmasında istifadə edilir.

Radiasiya: 1896-cı ildə fizik Henri Becquerel uranium duzlarını günəş işığından gizlətməyi düşündü. Bir neçə gündən sonra həmin duzun kağız üzərində iz buraxdığını görən fizik digər dostları Pierre və Marie Curie köməkliyi ilə bunun radiasiya olduğuna qərar veriblər.

Ink Jet Printer: “Canon” mühəndisi bir heyvanın yanına bir qələm yerləşdirib və bir neçə dəqiqə sonra əzildikdə mürəkkəbi tüpürərək reaksiya göstərib. Bundan sonra yeni texnologiya aləti kəşgf edilib.

Sintetik boya: Bu kimyaçı William Perkin qızdırma xəstəliyinə çarə axtararkən kəşf edilib.

Dinamit: Alfred Nobel nitroqliserin fabrikinin sahibi idi. O materialı daha möhkəm olan partlayıcı üzərində işləyirdi. Lakin, təsadüfən nitroqliserini qumlu torpaqla qarışdıran zaman kəşf edib.

 

ŞƏRH YAZIN