Səs Insanın Xarakterindən Danışır

0
4516
Səs Insanın Xarakterindən Danışır

Səs də insanın xarakterini bəlli edən amillərdəndir.

Nitqin sürəti, canlılığı, inamlılığı, tempi: impulsivlik, özünəinam. Sakit, ləng nitq: düşüncəlilik, ağıl, özünəəminlik. 
 
Nitqin sürətindəki nəzərə çarpan yayınmalar: tarazlıq, əminliyin olmaması, asanlıqla həyəcanlanma, həssaslıq, ehtiyatlılıq. 
 
Nitqin axıcılığı: ritmik, axıcı danışıq dilinə xas olan, yüngül, növbəli intonasiyalı səs hisslərin zənginliyini, tarazlılığı, daha çox yaxşı əhval-ruhiyyəni, ciddi dövrləşməni bildirir.
 
Düzgün danışıq yaşananların güclü şəkildə dərk olunmasını, iradənin gərginliyini, nizamlılığı, hisslərin soyuqluğunu, vasvasılığı bildirir. 

Səsin axıcı manerası dərin, emosional əlaqələri olan insanlar arasında, süfrə arxasında, gəzintilərdə olur. Kobud, qaba manera şizotimiklər üçün xarakterik olub aydın, məhsuldar təfəkkürdən xəbər verir.
 
Səsin yüksəkliyi və gücü: həyat gücünün çox olması, təbii imkanların genişliyi, təkəbbür.
 
Falset (borudan çıxırmış kimi gur, "başdan gələn səs"): daha çox intellektual imkanlara əsaslanan adamlar üçün xasdır.
 
Sinədən gələn səs: bu səs daha çox təbii amillərlə köklənir. Onun sahibi emosional, zərif, həssas, təbii və səmimidir.
 
Yüksək qulaqdeşən səs: qorxu və həyəcanı ifadə edir.
 
Aşağı səs: sakitliyi, dalğınlığı, ləyaqətliliyi, kövrəkliyi, bəzən də hiyləgərliyi, ehtiyatlılığı siqnallaşdırır.
 
Sakit, zəif səs: sözünü tutmamaq, ciddilik, həyat gücünün çatışmazlığı, xarakter zəifliyidir.
 
Səsin yüksəkliyinin kəskin dəyişməsi: emosionallıq və həyəcanı bildirir.
 
Artikulyasiya: səsləri və sözləri, nəhayət fikri aydın, dəqiq ifadə etmək daxili nizam-intizama işarədir.
 
Aydınlaşdırılması tələb olunan, canlılığı olmayan dağınıq tələffüz: güzəştə getmək, inamsızlıq, yumşaqlıq, iradə zəifliyinin əlamətidir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN