Səyahət Etmək Necə Asanlaşıb?

0
1964
Səyahət Etmək Necə Asanlaşıb?

Səyahət etməyi əksəriyyətimiz çox sevirik. Səyahət zamanı həm dünya görüşü artar, həm də insan mənəvi rahatlıq tapar. Yəqin ki, bir çoxunuz səyahətin asanlaşmasında kimlərin rolu olduğu barədə məlumatsızsınızdır. Qeyd etdiyimiz şəxsləri beyninizin bir qisminə həkk edin.

1. Fernan Magellan

Məşhur portuqal dənizçisi Fernan Magellan 1520-ci ildə tarixdə ilk dəfə olaraq dövrü aləm səyahəti edib və bir çox maraqlı, faydalı kəşfləri olub. 

O, əsasən dəniz səyahəti zamanı qısa yollar axtarışında olub. Onun kəşflərindən biri də Cənubi Amerika ilə “Odlu Torpaq” arxipelaqı arasındakı boğaz idi. Bu boğaz ona qədər də dənizçilərə məlum idi. Amma bu keçidi dənizçilər çox təhlükəli və keçilməz hesab edirdilər. 

Belə ki, bu keçidin orta eni 4.5 metr idi və çox dar olan bu keçidi keçməyə heç bir dənizçi cürət etmirdi. Amma Magellan ilk dənizçi idi ki, bu boğazı keçdi. O, Atlantik okeanından Sakit okeana keçən ilk avropalı dənizçi olmuşdur. Bu, dənizçilər üçün yeni bir dəniz yolu idi. Hal-hazırda bu boğaz “Magellan boğazı” adlanır. İndi bu boğazdan müntəzəm olaraq kiçik gəmilər üzüb keçir. 

2. Riçard Trevitik

Dünyada ilk parovoz 1804-cü ildə ingilis ixtiraçısı Riçard Trevitik tərəfindən hazırlanıb. Bu parovoz həddindən artıq ağır olduğu üçün onu çuqun relslər belə saxlaya bilmirdi. 

İxtiraçı təcili olaraq yaratdığı parovozun quruluşunda dəyişikliklər etmək məcburiyyətində qalır. 4 il sonra ixtiraçı parovozun yeni uğurlu prototipini hazırlayır. Bu parovozun sürəti 30 km/saat idi ki, bu da o dövrlər üçün çox yüksək bir sürət hesab olunurdu. 

O zamanlar dəmiryolu sistemi olmadığından,parovozu təyinatı üzrə istifadə edə bilmirdilər. Trevitik öz vəsaiti hesabına yerli parkların birində dairəvi dəmiryolu düzəltdirməklə, parovozun sürətini göstərməklə kifayətlənmişdir və hərdən də imkanlı adamlar pul ödəyərək, bu parovoza minib əylənərdilər.

Sonralar dəmiryolu ən populyar və geniş yayılmış nəqliyyat vasitəsinə çevrildi. Səyahətçilər bu nəqliyyat vasitəsilə uzun məsafələri bir neçə saata qət edirdilər.

3. Alessandro Malaspina 

Panama kanalı – Panama körfəzini Sakit okeanla və Karib dənizi ilə birləşdirir. Həm də bu kanal Atlantik okeanla Sakit okeanı birləşdirir. 1790-cı ildə italyan çoğrafiyaşunası və səyahətçisi Alessandro Malaspina bu kanalın ilk layihəsini çəkib. O bilirdi ki, bu layihənin həyata keçməsilə dəniz tacirləri həm vaxtlarına, həm də yol xərclərinə xeyli qənaət edəcəklər. O, həm də bilirdi ki, bu kanal hazır olarsa, Atlantik okeanından Sakit okeanına keçmək üçün qət ediləcək məsafə 2 dəfə, yarıbayarı qısalacaq. Alessandro əvvəlcədən kanalın çəkiləcəyi ərazilərdə kəşfiyyat işləri aparmış və kanalın keçəcəyi yolları əvvəlcədən, dəqiqliyi ilə layihələşdirib. Bircə işə başlamaq qalırdı. Amma naməlum səbəbdən layihənin həyata keçirilməsi donduruldu.

XIX əsrin əvvəllərində beynəlxalq ticarətin inkişafı dövrlərində Alessandronun kanal ideyası ispanlar və amerikalılar tərəfindən yenidən gündəmə gəldi. Bu sahədə daha çox fransızlar təşəbbüs göstərirdilər. Amma müxtəlif texniki çətinliklərə görə, bu layihəni həyat keçirmək yenə də mümkün olmadı.

Yalnız 100 ildən artıq bir vaxt keçdikdən sonra, yəni 1920-ci ildə kanalın çəkilişi başa çatdırıldı və kanal işə düşdü. O vaxtdan indiyədək Panama kanalı beynəlxalq ticarət əlaqələri və iqtisadi əlaqələrdə böyük və əvəzsiz rol oynayıb. Kanalın çəkilişi ilə Atlantik okeanından Sakit okeanına keçilməsi üçün qət edilən məsafə 2 dəfə qısaldıldı.

Panama kanalının tikintisi bəşər tarixində həyata keçirilən ən çətin və ən böyük layihə hesab edilir.

4. Alberto Santos — Dümon

Təyyarəçi Alberto Santos — Dümon aviasiyanın ilk pionerlərindən hesab olunur. İlk hava şarını o ixtira etmişdir və özü də sınaqdan keçirib. 

Aeroplanda ilk uçuşu da,o edib. Bu ixtiraçı vertolyot və təyyarələrin layihələşdirilməsi ilə də məşğul olmuşdur. “14 – bis” markalı təyyarənin layihələşdirilməsi məhz ona məxsusdur. Mühərriklə işləyən ilk təyyarənin uçuşunu da,o həyata keçirib.

O, aviasiyanın inkişafı üçün çox əmək qoyub. İndiki dövrdə dünyanın bir tərəfindən digər bir tərəfinə bir neçə saata səyahət etməyimiz üçün,biz məhz Alberto Santos – Dümona minnətdar olmalıyıq.
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN