Müdriklər deyir ki ...

0
3806
Müdriklər deyir ki ...

 Həyat belədir! İstərsən gül, istərsən ağla. Amma insan olduğunu yadında saxla!


Dost oluramsa xoşuma gəlir. Xoşuma gəlirsə onunla olmaq istəyirəm. Onunla olmaq istəyirəmsə - Sevirəm!

Əgər ağaca çıxmaq istəyirsinizsə, ulduzlara çıxmağa niyyət edin, bacararsınız.

Səni o qədər çox sevəcəyəm ki, mənsiz günlərini yox sayacaqsan. Səni sevdiyimi söyləməyəcəyəm gözlərimə baxıb anlayacaqsan.

Heç kim müvəffəqiyyət nərdivanına əlləri cibində dırmaşmamışdır.

Nə qədər baş varsa, o qədər düşüncə tərzi olduğuna görə, nə qədər ürək varsa, o qədər də sevmək tərzi var...

Geyindiklərinizin içində sizə ən çox yaraşanı təbəssümünüzdür! 

Bir çox şey üçün gövdəniz deyil, beyninizin böyüklüyü əhəmiyyətlidir. Ancaq ürəyinizin böyüklüyü hamısından üstündür! 

Bunu mütləq yoxlayın: Sizə mənfi gələn hər şeyin bir də müsbət cəhətini araşdırın! 

Hər kəs bir dost istər, amma heç kim bir dost olmaq üçün səy göstərməz! 

Hər kəsin sabah edə biləcəyi şeyi sən bu gün etməlisən! 

Həllsiz heç bir problem yoxdur, çünki bütün problemlərin çıxış yolu bizdədir!

Düşüncələrin nədirsə, həyatın da odur!

Biri Qurani-Kərim oxuduğunda mələklər onun gözlərinin ortasından öpər.

Ya Allaha baş əyərsən heç kimə baş əyməzsən,
Ya da hər kəsə baş əyər heç bir şeyə dəyməzsən.

Heç vaxt demə mən filankəsəm. Özünü kiməsə tanıtdırma, çünki özünü tanıtdıran özünü tanımır.

300 il qarğa kimi yaşamaqdansa, 30 il yaşa qartal kimi yaşa.

Ağlında olana deyil, yanında olana dəyər ver. Çünki ağlında olan sənə dəyər versəydi yanında olardı. 

Ayrıldığında "Boş ver, dünyanın sonu deyil axı" deyən dostlarıma mənim dünyamın sən olduğunu necə başa sala bilərəm ki...

Zirvələrdə qartallar da olar, ilanlar da. Ancaq birisi oraya süzərək, digəri isə sürünərək gəlmişdir.

ŞƏRH YAZIN