İnsanın yerişi onun temperamentini və peşəsini, hətta sağlamlıq dərəcəsi ilə bağlı məlumat verir. Nə qədər qəribə səslənsə də, bu mümkündür.
Psixoloqların artıq uzun müddətdir təyin etdiyinə əsasən, insanın yerimək tərzindən onun xarakterini təyin etmək mümkündür. Onlar tərəfindən gəlinən nəticəyə əsasən insanları 4 növə bölmək mümkündür: rasional introvertlər, qeyri-rasional introvertlər, rasional ekstravertlər və irrasional ekstravertlər.
Rasional ektravertlər qərarlı, bərabər şəkilli, düz istiqamətli və enerjili yeriyiş tərzinə sahibdirlər. Bu xətti-iddialı temperament növünə sahib olan insanlardır.
Qeyri-sabit, dağınıq, lakin kifayət qədər sürətli, tez-tez sağa-sola yayınan və dayanan yeriyiş tərzi isə irrasional ekstravertlərə xasdır.
Rasional introvertlərin yeriyiş tərzini isə sərt künclərə sahib ağır tərz adlandırmaq olar.
İrrasional introvertlər isə adətən tələsmədən, dağınıq və çox vaxt yalnızca xarici deyil, daxili təsirlər səbəbindən də yoldan yayınırlar. Yerimək tərzi narahat ayaqqabı və yaxud geyimə görə də dəyişə bilər.
Redaktor:Əliyeva Zeynəb