Smartfon telefonlar yuxusuzluğa səbəb

0
3023
Smartfon telefonlar yuxusuzluğa səbəb

Smartfon telefonlar yuxusuzluğa səbəb olan ciddi amil adlandırılıb. Yatmazdan əvvəl bir çox insanlar poçtu yoxlayır, SMS mesajları oxuyur, sosial şəbəkələrdə mesaja cavab verirlər. Nəticədə cihazı çarpayısının yaxınlığında yerləşdirmiş istifadəçilər yata bilmirlər.  


Kaliforniya universiteti yanında Yuxu Pozulmaları Mərkəzinin direktoru doktor Devid Kleman “Gecənin bir anı oyanıb telefonu yoxlayırsınızsa, gördüklərinizlə bağlı mütləq narahatlıq hiss edəcək və gərginlik keçirəcəksiniz”,- deyib. Həkimin sözlərinə görə, məhz mobil qurğular yuxu ilə bağlı şikayətlərin artmasına səbəb olub.   Harvard tibb məktəbindən nevroloq Orfyu Bakston, həmçinin hesab edir ki, “Yataq otağında smartfon və ya planşetin mövcudluğu yatmağa mane olan həyəcanın səbəbi ola bilər. Bu o deməkdir ki, siz heç vaxt yuxuya getmirsiniz və ayıqsınız, bu isə yuxusuzluğun əsl əlamətləridir”,- deyir. 2013-cü ildə Feysbukun sifarişilə “IDC Research” tərəfindən keçirilmiş sorğuya əsasən, ABŞ-da smartfon sahiblərinin 44%-i cihazdan zəngli saat kimi istifadə edirlər. Gecə vaxtı bilmək üçün cihaza baxan smartfon sahibləri internetdən çarxları izləyərək yuxusuz qalırlar. Həkimlər belə hallarda interneti olmayan və tətbiq quraşdırıla bilməyən ucuz zəngli saat almağı, planşet və ya telefonu başqa otaqda enerji ilə doldurmağı tövsiyə edirlər. 

ŞƏRH YAZIN