Spam

0
1947
Spam

İlk olaraq SPAM sözü 1936-cı ildə yaranıb. O SPiced hAM  və yaxud “ədviyyatlı vetçina” mənasını ifadə edirdi və Hormel Foods Corporation ət konservləri şirkətinin ticarət nişanı idi.
 
İkinci Dünya Müharibəsindən sonra əsgərlər üçün qida üçüb hazırlanmış çoxlu sayda konserva artığı yaranır. Çünki bu zaman tək amerikalı əsgərlər üçün deyil, land-lease proqramı iştirakçıları olan əsgərlər üçün də hazırlanırdı. SPAM sərbəst şəkildə satıldığı üçün əsas ət əvəzedicisi idi. Yoxsullar müharibə sonrasında da ondan böyük tələbatla istifadə edirdilər. Bu isə britaniyalıların heç xoşuna gəlmirdi. Harmel Foods satışları artırmaq və öz məhsulunun rəqabət qabiliyyətini gücləndirmək məqsədilə geniş miqyaslı reklam tədbirlərinə əl atır. “SPAM” sözünü artıq hər yerdə, ucuz mağazaların vitrinlərində, avtobusların, tramvayların içərisində, evlərin fasadlarında, qəzet səhifələrində görmək mümkün idi. Bu hələ son deyildi. Radioda da mütəmadi olaraq “SPAM” konservlərinin reklamı səsləndirilirdi.
 
Zamanla konserv satışı artır və bu tarixçə nisbətən yaddan çıxmağa başlayır. Lakin 1986-cı ildə Usenet-də (İnternetin prototipi) özünün maliyyə piramidasını reklam edən və istifadəçiləri öz sonsuz mesajları ilə təngə gətirən Deyv Rodes peyda olur. Bu zaman kimsə SPAM konservlərinin reklamını xatırlayır və bezdirici reklamları məhz bu adla çağırır. Beləliklə “spam” adı özünə yeni ad qazanmış olur və zamanla kompüter terminologiyasına nüfuz edir. Lakin bu Hormel şirkətinin ürəyincə deyildi və şirkət məhkəməyə müraciət edir. Məhkəmə isə SpamArrest-in qalib gəlməsi ilə bitir və o Hormel şirkəti ilə yanaşı bu sözdən istifadə etmək imkanı qazanır.
 
Korrektə etdi: Salmanlı Ayna
 

ŞƏRH YAZIN